Xankəndi və Xocalı ilə bağlı AÇIQLAMA

17 mart, 2021 22:01

"10 noyabrdan keçən dövrə baxsaq, ölkə rəhbərinin hər səfəri planlı, strateji mesajlarla zəngin, nəinki arxa planında olan məqsədləri, eləcə də ön cəbhəsi olan bir addımlardır. Bu, dünya azərbaycanlılarına, ölkəmizin tərəfdarlarına da yalnız əminlik, güvənc hissi verir".

Azsiyasət.com xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc bildirib.

Mərkəz sədrinin sözlərinə görə, bu gün azad olunmuş torpaqların üzərində Azərbaycan xalqının suveren haqlarının qayıtmasının bir başqa mənası sərhədlərimizin azad olunmasıdır:

“Yəni Ermənistanla ən yaxın vaxtda strateji güc nisbətini ona qədərki 10 illər ərzində mövcud olan hərbi balanssızlıq aradan qaldırdı. Digər tərəfdən müşahidə olunur ki, bütün həlqələrdən, tutğaclardan əli çıxan düşmən tərəfi son dövr müxtəlif mədəni beynəlxalq təşkilatları daha artıq dərəcədə tarixi abidələr, yerlər, ənənələr, o cümlədən kilsə və s məsələlərdə səfərbər edir”.

Millət vəkili qeyd edib ki, ermənilər bu gün müxtəlif dinlərin ibadətgahlarını döyüş səngərinə çevirmək istəyir:

“Azıx mağarasının tarixi mənası orada min illərdir insan varlığını özündə ifadə edən bir məkandır. Bundan sonrakı dövrdə xalqımız üçün ən önəmli siyasət o bölgənin Azərbaycan insanlarının qurucu əlləri ilə yaratmaq, bərpa etməkdir. O ərazilərə canlı həyatı, isti nəfəsi vermək əsas şərtdir. Bəşəriyyət o reallığı da görüb ki, həqiqətən də sıfırlanmış həyatı yenidən dirçəldib, qurub, yaradıb formalaşdırmaq necə olur. Bu dəfə də belə olacaq. Əgər dağıntılar erməni simasını ifadə edəcəksə, quruculuq Azərbaycanın və yaxud xalqımızın vizit kartı olacaq, onun simasını təşkil edəcək. Buna görə də cənab Prezident hər bir addımını Sərkərdə kimi atır və Qarabağ, Xankəndi, Xocalının artıq son dövrlər erməni informasiya və gerçək həyatında Zəngəzurun əldən getməsi onun nəinki, dəhliz bütövlükdə Ermənistanın özünün nəfəsliyi, yolunun bağlanması kimi qəbul olunur”.

Zahid Oruc qeyd edib ki, kiçik ərazinin tamamilə Azərbaycanın təsir dairəsinə düşməsi kimi Ermənistanın xarici siyasətinin təsir alətindən çıxaraq, büsbütün sanki İrəvanın Bakıdan idarə olunması gerçəkliyi meydana gətirilir:

“Belə olan təqdirdə bu səfərlərin uzaq vadəli mənası var. Bu, hər bir insanımızda əminlik hissini möhkəmləndirir. Böyük qayıdışa yalnız müsbət təsir göstərir”. /Teleqraf

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR