General oğlu vasitəsilə ölkədən 100 milyon çıxarıb? - Sabiq rəisin adı yeni qalmaqalda

18 mart, 2021 11:23

“Hidayətoğlu”da böyük maxinasiyaların olduğu iddia edilir

Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin sabiq rəisi Nurəddin Mustafayevin adı yeni qalmaqalın mərkəzindədir. Sabiq baş icra məmurunun adı yenə də dələduzluq işinə qarışıb.

İş adamlarından üst-üstə 224 min manatlıq işin görülməsi üçün 100 min manata yaxın rüşvət alan Nurəddin Mustafayev sonradan yaxasını kənara çəkib. İş adamları sənədləri, sübutları toplayaraq istintaq orqanlarına müraciət etməyə hazırlaşırlar.

Ötən ilin ortalarında Nurəddin Mustafayevin adı məşhur iş adamı Hafiz Məmmədovdan vəkil İsmayıl Kəngərlinin vasitəsilə 100 min manat rüşvət alaraq, qarşılığında vəd etdiyi işi görmədiyinə görə diqqət mərkəzinə gəlmişdi. Məlum olmuşdu ki, “Hafka”nın iddiası üzrə çıxarılan məhkəmə qərarlarının icrasına görə Nurəddin Mustafayev vəzifə cinayəti edib, rüşvət alıb. Bu barədə ölkə mediası yüzlərlə xəbər yaydı. Yayılan məlumatlarda o da iddia olunurdu ki, o hələ vəzifədə olarkən 4 gün ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dindirilib. Sonradan bu məsələlər səngidi.

Bununla belə Nurəddin Mustafayevin bir çox oxşar əməlləri də var. Qeyd olunur ki, dələduzluq, rüşvət əməllərinə görə işdən qovulsa da, bu gün də məhkəmə qərarları ilə müsadirə edilmiş əmlaklar sabiq baş icra məmuruna milyonlar qazandırır. Belə ki, onun adı “Hidayətoğlu” hərrac şirkətinə bağlıdır. Hələ vəzifədə olarkən o, bu hərrac şirkətini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək sahibi Elnur adlı şəxsdən alıb. İlkin olaraq şirkətin 50 faizini, sonradan isə hissə-hissə tam olaraq alıb. Belə ki, bütün İcra Şöbələri hərrac əməliyyatlarını məhz bu şirkətə yönəltməklə, Baş İdarə rəisinin külli miqdarda qazanc əldə etməsini təmin ediblər. Məlumata görə, təkcə bu hərrac əməliyyatları üzərindən Nurəddin Mustafayevin rəsmi illik gəliri 3-4 milyon manat olub. Faktiki olaraq isə Nurəddin Mustafayev hərracdan ildə 20-30 milyon qazanıb.

Təkcə 2019-cu ildə “Hidayətoğlu” üzərindən həyata keçirilən həracların dövriyyəsi 54 milyon manat olub.

Hərraca Nurəddin Mustafayev qohumu Faiq Nəcəfov vasitəsi ilə nəzarət edib. Oğlu Anar Mustafayev isə hərracdan əldə olunan qızılların Qətərə göndərilməsi işinə baxıb.

Ümumiyyətlə isə hərracda iş bölgüsü belə olub: Nurəddin Mustafayevin yaxını Xəqani Zeynalov və qardaşı Nəsimi Zeynalov bir qayda olaraq qızıl hərraclarının qalibi olublar. Nurəddin Mustafayevin “sağmal inəyi” “Hidayətoğlu”dan qazancının necə formalaşması haqda təsəvvür yaransın deyə çoxaylı hərraclardan yalnız biri haqda məlumatı bölüşək:

110 manatlıq qızılı hərracda 11 manata satılıb və alıcı əlbəttə ki, Mustafayevin yaxını Xəqani Zeynalov olub. 

Hərrac üzərindən satılan maşınların alıcısı isə bir qayda olaraq Nurəddin Mustafayevin yaxın ətrafına daxil olan İlyas adlı şəxs olub. Beləcə, Nurəddin Mustafayev varlandıqca-varlanıb, üstəlik icra işləri ilə bağlı rüşvət almaqdan da çəkinməyib. Nurəddin Mustafayevin ölkədən oğlu Anar Mustafayevin əli ilə 100 milyon manatlıq qızıl çıxarması haqda iddialar da var. Ümumiyyətlə isə Nurəddin Mustafayevin vəzifədə olduğu müddətdə məhkəmə qərarları ilə müsadirə olunan əmlak və qızıl-zinət əşyalarının, alınan borcların təxminən yarısına əl qoyduğu iddiası da var. Onun bu yolla olduqca böyük varidata sahibləndiyi, təxminən yarım milyard ələ keçirə bildiyi də gələn məlumatlar sırasındadır.

musavat.com

P.S. Yazıda adı keçən hər kəsi dinləməyə hazırıq.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR