Britaniya ştammı Azərbaycanda: Necə qorunmalı və hansı tədbirlər görülməlidir?

18 mart, 2021 16:12

Xəbər verdiyimiz kimi, Azərbaycanda COVID-19-un Britaniya ştammı tapılıb. Britaniya ştammı digərlərindən daha təhlükəli, sürətlə yayılan və ağır keçirilən sayılır. Hətta koronavirusun bu ştammının dəfələrlə öldürücü olduğu sübut edilib. Avropada bir çox ölkələr üçüncü dəfə qapanmaya məhz Britaniya ştammının yayılmasının qarşısını almaq məqsədilə gediblər.

Bəs bundan necə qorunmaq olar? Həm dövlət, həm də cəmiyyət tərəfindən hansı tədbirlər görülməlidir?

Azsiyasət.com xəbər verir ki, bu barədə bakupost.az-a danışan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) konsultant həkimi, Türkiyənin “Hacettepe” xəstəxanasının azərbaycanlı həkimi Turanə Rəsulova bildirib ki, Britaniya ştammının yoluxuculuğu Uhandan çıxmış original virusdan 70 faiz daha yoluxucudur:

“Bu xəstəliyin gedişində bir ağırlaşma görünmür. Cəmiyyətdə rast gəldikdə bunu ayırd etmək mümkün olmur ki, mutasiya virusudur, yoxsa deyil. Yoluxma sayının artması səbəbindən xəstəxanalarda ağır xəstələrin sayı da artır. Bununla da ölüm hallarında artım müşahidə olunur. Digər ölkələrin praktikasında da bunu görmüşük. Artıq Azərbaycanda da Britaniya ştammı var. Qorunma tədbirləri eyni qaydada davam etməlidir. Xüsusilə mutasiyaların yayılmağa başladığı bu zamanlarda maska, sosial məsafə, əl və tənəffüs gigiyenası daha da önəmli hədd alır. Bəzi mənbələr 2 maskanın üst-üstə istifadəsinin daha uyğun olması ilə bağlı xəbərlər yayıb, amma bu hələ təsdiqlənməyib. Ola bilsin ki, bunu da məsləhət görək. Cəmiyyət olaraq etməli olduğumuz şey özümüzü və başqalarını qorumaqdır. Həmin qaydalara daha ciddi əməl etməli, insanların çox olduğu ərazilərdən uzaq durmalı, təbii havalandırmanı təmin etməliyik”.

Həkim qeyd edib ki, pandemiyada ən böyük rol oynayan şəhər Bakıdır: “Ona görə də Bakıya giriş-çıxışı məhdudlaşdırmağın uyğun olduğunu düşünürəm. Əgər bu cür tədbirlər alınmasa mutasiya Bakıdan digər şəhər və rayonlara yayıla bilər. Təəssüf ki, tövsiyələrlə heç bir ölkə pandemiyanın qarşısını ala bilməyib. Nəzarət altına alan ölkələrin hamısı yalnız müvafiq qaydalar, tədbirlər və cərimələr hesabına edə bilib. Virusun sürətlə yayıldığı bu zamanda, Novruz bayramında da virusu unutmamalı, qaydalara riayət edilməli, Bakı şəhərinə giriş-çıxışa məhdudiyyət qoyulmalıdır”.

İnfeksionist Mərdan Əliyev isə deyib ki, yeni ştamm qonşu ölkədə - Türkiyədə var və Türkiyə ilə aramızda gediş-gəliş olduğu üçün bizə də gəlib:

“Bu virusun yoluxduruculuq qabiliyyəti digərilərinə nisbətən yüksəkdir. Çünki onun proteini mutasiyaya uğrayır və insan hüceyrəsinin reseptorlarına daha yaxşı yapışır. Britaniya ştammı daha çox insanı yoluxdura bilir. Lakin önləm alınarsa, qaydalara əməl olunarsa, virusa yoluxma az olar. Virus hər zaman çoxalıb, artan bir orqanizm olduğu üçün mutasiyaları meydana çıxır. Yəni Britaniya ştammından başqa, bir də baxacağıq ki, virusun yeni variantı ortaya çıxıb. Bu ştammlar böyük mutasiya deyil. Virusun növünü dəyişmir deyə, problem yoxdur. Yeni mutasiyaların meydana çıxması hər zaman mümkündür”.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR