"Davam" Gənclər Hərəkatı və Heydər Əliyev Sarayı təcrübə proqramı elan edir

19 mart, 2021 14:00

“Davam” Gənclər Hərəkatı və Heydər Əliyev Sarayı arasında əməkdaşlıq haqqında memorandum imzalanmasının ardından artıq bu istiqamətdə əməli addımların atılmasına başlanılıb.

Azsiyasət.com xəbər verir ki, “Davam” Gənclər Hərəkatı və Heydər Əliyev Sarayının birgə əməkdaşlığı nəticəsində təcrübə proqramına start verilib. Proqramın əsas məqsədi müəyyən edilmiş sahələr üzrə təcrübəli kadrlar yetişdirmək və həmin kadrların işlə təmin olunmasına yardımçı olmaqdır. Proqram 12 aprel 2021-ci il tarixindən başlayaraq 3 aylıq dövrü əhatə edəcək və tam ödənişsiz şəkildə baş tutacaq. Proqramı uğurla başa vurmuş hər bir təcrübəçiyə sertifikat veriləcək. Bu proqram gənclərə bacarıqlarını təkmilləşdirmək, asudə vaxtlarını səmərəli təşkil etmək, təcrübə qazanmaq, işlə təmin olunmaq kimi imkanlar yaradır. Təcrübə proqramı menecer, prodüser, montajçı, operator, işıq üzrə rəssam, dizayner, səs rejissoru, videoqraf, tərcüməçi, ingilis dili müəllimi, kompüter operatoru, referent, rabitə üzrə mühəndis istiqamətləri üzrə elan edilir.

Təcrübə müddəti başa çatdıqdan sonra yüksək nəticələr ilə işinin öhdəsindən gələn təcrübəçilərə təcrübə və ixtisasına uyğun olaraq Heydər Əliyev Sarayında daimi iş yeri təklif oluna bilər. Proqrama qəbul prosesi 2 mərhələdən ibarətdir. Birinci mərhələdə CV-lərə əsasən seçilən namizədlər ikinci mərhələdə “Davam” Gənclər Hərəkatı və Heydər Əliyev Sarayının birgə təşkil etdiyi komissiya tərəfindən aparılan müsahibənin nəticələrinə əsasən proqrama qəbul olunacaqlar. Qeydiyyat üçün 31 mart 2021-ci il tarixinə qədər [email protected] mail ünvanına mövzu hissəsinə “Təcrübəçi” qeyd olunmaqla öz CV formanızı göndərə bilərsiniz.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR