Azərbaycanda bank Qarabağ qazisini məhkəməyə verdi - VİDEO

19 mart, 2021 23:44

Həyat yoldaşının adına bankdan aldığı krediti tam ödəyib, ancaq bank həmin şəxsin hələ də kredit borcu olduğunu iddia edərək onu məhkəməyə verib.

Azsiyasət.com xəbər verir ki, bu iddia ilə paytaxt sakini, Qarabağ qazisi Mansur Bayramov “Xəzər Xəbər”ə müraciət edib. Onun sözlərinə görə, həyat yoldaşı Zeynəb Bayramovanın adına 2014-cü ildə “Unibank”ın Nizami rayon filialından 4600 manat, bir il sonra isə həmin şəxsin adına əlavə 1000 manat kredit alıb.

Kredit götürülən zaman müştəriyə pul manatla ödənilib, amma müqavilədə məbləğ dollarla rəsmiləşdirilib.

Mansur Bayramov iddia edir ki, götürdüyü kreditə görə hər ay vaxtı-vaxtında banka pul ödəyib. Hətta əlində bunu sübut edən müvafiq qəbzlər də var. Bir müddət keçdikdən sonra devalvasiya səbəbindən ödədiyi məbləğə görə 3600 manat kompensasiya kimi ona geri qaytarılıb.

Mansur Bayramov iddia edir ki, bankın filialından onlara kredit borcunun bitdiyi bildirilib. Ancaq bir il keçdikdən sonra məlum olub ki, bank onun həyat yoldaşını, yəni kredit götürən şəxsi Nizami rayon məhkəməsinə verib. Məhkəmə bununla bağlı qərar da çıxarıb.

Nizami rayon məhkəməsi qərar verib ki, borclunun əməkhaqqından borc bitənədək 50 faiz tutulub bankın hesabına köçürülməlidir. Bu qərar isə Mansur Bayramovu çıxılmaz vəziyyətə salıb.

Məsələ ilə bağlı bankdan  bildirildi ki, müştəri şəxsən banka yaxınlaşaraq şikayətini bildirməlidir. Məhz bundan sonra müştərinin problemi ətraflı araşdırılacaq və müvafiq qərar qəbul olunacaq.

Vəkil Anar Ramazanov isə deyir ki, şikayətçi Azərbaycan Kredit Bürosuna müraciət edərək kredit öhdəlikləri ilə bağlı məlumat ala bilər. Bu zaman bəlli olacaq ki, həmin kredit dövlət reyestrində açıq kredit kimi göstərilib, ya yox. Bundan başqa, Mansur Bayramov məhkəmənin qərarından apelyasiya şikayəti də verə bilər.

Mansur Bayramov məhkəmə qərarından apelyasiya məhkəməsinə müraciət edəcək. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR