"Qüdrət Həsənquliyevin bacısı oğlu Natiqin üzünə durdu": Səfər Mehdiyevin şərlədiyi adam həbsxanada aclığını davam etdirir

23 mart, 2021 09:48

Dövlət Gömrük Komitəsində vəzifə alandan 5 gün sonra həbs olunan Natiq İmanovun 10 gündür ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirir.

Azsiyasət.com xəbər verir ki, bu barədə Meydan TV-yə onun anası Aygün İmanova məlumat verib.

O bildirib ki, Natiq İmanov qanunsuz həbsi olunması ilə bağlı ölkə başçısına, Baş prokuror Kamran Əliyevə və aidiyyəti qurumlara müraciət edib, lakin onun müraciətinə cavab verilməyib. Bundan sonra o, quru aclıq aksiyasına başlayıb.

İmanovun anası deyir ki, Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev oğlunu öz çirkin əməllərinə qurban verib.

Aygün İmanovanın sözlərinə görə, oğlunu şərləyən Gömrük Komitəsinin əməkdaşı, deputat Qüdrət Həsənquliyevin bacısı oğlu Rafael Əhmədovdur:

"Bu həbsi planlı şəkildə həyata keçiriblər. Səfər Mehdiyevə özünü yoxlamalardan sığortalamaq üçün bir qurban lazım idi, ona görə də 5 gün idi ki, vəzifəyə təyin olunan oğlumu şərlədi. Sonra da Qüdrətin bacısı oğlu Rafael Əhmədovu onun üzünə saxladılar. Mənim oğlum necə rüşvət ala bilər ki, ailəsi iki körpə uşaqla hələ də kirayədə yaşayır. Həyat yoldaşım Tofiq İmanov 2-ci qrup Çernobl əlilidir, mən evdar qadınam, bir ailəni necə sahibsiz qoya bilirlər? Qoy bütün Azərbaycan xalqı bilsin ki, oğlum və ailəsi Səfər Mehdiyevin şəxsi dustağıdır".

Məhkumun anası bildirib ki, 3 gün öncə Ombudsman aparatının əməkdaşları da aclıq aksiyası keçirən Natiq İmanova baş çəkiblər: "Natiqlə danışmışıq. Quru aclıq aksiyası keçirir. Hazırda çəkisi 58 kq düşüb. Təzyiqi isə 180-dir. Balamı şərləyib həbsxanada öldürmək istəyirlər".

Natiq İmanovun vəkili Elçin Sadıqov da onun aclıq aksiyası keçirdiyini təsdiqləyib. O bildirib ki, İmanov qanunsuz həbsinə etiraz olaraq belə bir aksiyaya qərar verib: "Səhhəti acınacaqlı durumdadır və cəzaçəkmə müəssisəsində həbsini davam etdirməsinə uyğun deyil. Ümumiyyətlə, həbsi qanunsuzdur və azadlığa buraxılmalıdır".

Ailəsi deyir ki, 36 yaşlı Natiq İmanov Bakıda doğulub, 2001-ci ildə yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub, Prezident təqaüdü ilə təltif edilib. Həmin universitetin bakalavr və magistr pillələrini bitirərək 2006-cı ildən etibarən Dövlət Gömrük Komitəsində (DGK) xidmət edib. Rəhbərlik tərəfindən təşəkkür, fəxri fərmanlarla, xüsusi rütbələrlə və nəhayət, 2016-cı ildə “10 illik qüsursuz xidmətə görə döş nişanı” ilə təltif olunub.

Natiq İmanov isə ictimaiyyətə ünvanladığı müraciətdə deyir ki, yaxşı təhsil alıb, öz işində peşəkarlığıyla seçilib, 12 il çalışıb və 2018-ci ilin 6 sentyabrında Dövlət Gömrük Komitəsində keçirilmiş struktur və kadr islahatları zamanı Komitə sədri Səfər Mehdiyevin əmri ilə maliyyə şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 

Cəmi 5 gün bu vəzifəni icra edən Natiq İmanov Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxslərin qanunsuz hərəkətlərə görə rüşvət alması) maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. 

Natiq İmanov həmçinin qeyd edib ki, Dövlət Gömrük Komitəsində (DGK) xidməti fəaliyyətim dövründə həyat yoldaşı və 2 azyaşlı uşağı kirayədə yaşayıb. Tələbəlik illərində atası tərəfindən hədiyyə edilmiş “VAZ 2107” markalı avtomobildən başqa heç bir mülkiyyəti olmayıb.

Cinayət materiallarından məlum olur ki, DGK-nın Əməliyyat İdarəsinin rəis müavini vəzifəsinə yeni təyin olunmuş Rafael Əhmədov və dostu Mansur Zeynalov Natiq İmanovun həbs olunmasında əsas şahiddirlər. Şahid ifadələri Natiq İmanovun rüşvət aldığını təsdiqləsə də, təqsirləndirilən şəxs əksini söyləyir.

İfadəsindən belə məlum olur ki, iş yoldaşı kimi yaxın münasibəti olduğu Mansur Zeynalov ona zəng edərək görüşmək istədiyini deyib. Görüşdə isə rayona gedəcəyini bildirib və şəxsi pulunu ona əmanət edib. Natiq İmanov da həmin pulla yaxalanıb. Sonradan müdafiə tərəfi Rafael Əhmədovla Mansur Zeynalovun birgə planı nəticəsində əməliyyatın həyata keçirildiyi qənaətinə gəlib.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR