Oğlu ölən şəxs “Şərurlu İsfəndiyar”dan 2 milyon tələb edir - Məhkəmə isə...

25 mart, 2021 01:11

Naxçıvanlı iş adamı İsfəndiyar Axundovun şirkətində baş verən ölüm hadisəsi ilə bağlı məhkəmənin ilkin qərarından apelyasiya şikayəti verilib. Mərhumun ailəsinin şirkətdən tələb etdiyi təzminatın məbləğinə dair ilkin instansiya məhkəməsinin qərarı mərhumun ailəsini narazı salıb.

Azsiyasət.com musavat.com-a istinadən xatırladır ki, 2015-ci ildə Azadlıq prospekti və Süleyman Sani Axundov küçəsinin kəsişməsində “Şərur” MTK-nın inşa etdiyi çoxmərtəbəli binada qəlibçi işləyən Nahid Əliyev yıxılaraq dünyasını dəyişmişdi. Digər qəlibçi - Azad Abbasov isə az ağır xəsarət alıb.

Araşdırmalar zamanı hadisəyə səbəb tikinti-quraşdırma işləri zamanı təhlükəsizlik qaydalarının pozulması göstərilmişdi. Buna görə də “Şərur” MTK-nın icraçı direktoru Nizami Nağıyev cinayət məsuliyyətinə cəlb edilmişdi.

Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən və s. işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan ölümə və ağır nəticələrə səbəb olduqda) maddəsilə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il həbs cəzası almışdı.

Mərhum 19 yaşlı Nahid Əliyevin atası, Cəlilabad rayonunun Soltankənd kəndinin sakini Əzizxan Əliyev “Şərur” Mənzil-Tikinti Kooperativinə (MTK) qarşı 2 milyon manat təzminat tələbilə iddia qaldırıb.

Əzizxan Əliyev tək oğlunu itirdiyi üçün mənəvi ziyana görə kompensasiya ödənilməsini istəyir. Bu tələblə də Nizami rayon Məhkəməsində “Şərur” MTK-ya qarşı iddia qaldırıb. Məhkəmənin hakimi Solmaz Ədilova 2020-ci ilin noyabrında bu məsələ ilə bağlı qərar verərək, şirkətin üzərinə zərərçəkmişə oğlunun ölümünə görə 5000 manat təzminat ödəmək öhdəliyi qoyub.

İddiaçı Əliyev deyir ki, 19 yaşlı gəncin ölümünə görə cəmi 5000 manat mənəvi təzminat müəyyənləşdirmək insana qarşı hörmətsizlikdir.

Əzizxan Əliyev qərardan apellyasiya şikayəti verib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR