"Dövlət Neft Şirkətində 5 min işçi ixtisar edilir": "İşçilərin bəziləri üzərində tarix qeyd edilməmiş sənədə imza atıb"

25 mart, 2021 11:45

“10 ilə yaxındır “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsində işləyirəm. Fevralda tutduğum vəzifənin ixtisara düşdüyünə dair bildiriş aldım və işdən çıxdım. Dedilər ki, iş olan kimi xəbər verəcəklər, hələ də gözləyirəm. Evdə yalnız mən işləyirdim, bunu da nəzərə almadılar”.

Bunu “Siyəzənneft” NQÇİ-nin adının açıqlanmasını istəməyən qadın əməkdaşı bildirib. O deyib ki, proqrama qoşulub və şikayət edəcəyi təqdirdə gələcəkdə neft sahəsində iş tapa biləcəyinə əmin deyil. Çünki şikayət edənlərin müxtəlif bəhanələrlə incidildiyinin dəfələrlə şahidi olub.

“NQÇİ-də mənimlə yanaşı 30-a yaxın qadın ixtisar olunub. Onların aralarında uzun illərdir neft sahəsində çalışanlar, tək övlad böyüdənlər də var. Bizi işdən çıxmaq üçün ərizə yazmağa məcbur etdilər, çünki əks halda əməkhaqqının 50 faizini də ala bilməyəcəkdik”.

İşçi deyib ki, dövlət neft şirkətində çalışanlar arasında öz hüquqlarını bilənlər çoxdur, amma şirkətin yazılmamış qanunları, bir də iş tapmaq problemi var. Bu da onların əl-qolunu bağlayır. “Bakıdan fərqli olaraq rayonlarda iş tapmaq çətindir. Uşaqlara baxmaq üçün mağazada satıcı işi üçün müraciət etdim, cəmi 180 manat maaş təklif etdi. Dövlət Neft Şirkəti heç olmasa tək anaları, yaşı 45-dən yuxarı olanlara güzəşt etməlidir”.

“Siyəzənneft” Neft və Qazçıxarma İdarəsində ümumilikdə, 300-dən çox əməkdaşın ixtisar olunduğu bildirilir.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə Meydan TV-yə deyib ki, işçilərin bəziləri üzərində tarix qeyd edilməmiş sənədə imza atıb:

“Dövlət Neft Şirkətində ümumilikdə 5 min işçi ixtisar edilir. İxtisarlar zamanı qanun pozuntuları ilə bağlı hər gün təşkilata şikayətlər daxil olur. “Siyəzənneft” NQÇİ- də ixtisarlar zamanı ədalətsizliyə yol verilir. Ancaq tək bu NQÇİ-də deyil, digər şirkətlərdə də qadınlar, təqaüd yaşına az qalmış yaşlı işçilər işdən çıxarılır, hansı ki onların digər sahələrdə iş tapması çətindir”.

Mirvari Qəhrəmanlının sözlərinə görə, ixtisarlarla bağlı narazılıq çox olduğundan başqa bir vasitəyə əl atıblar. Belə ki, müəssisələrdə hüquqi şəxs dəyişib, yəni ixtisara salınmayan işçilərlə NQÇİ-lər deyil, “Azneft” İstehsalat Birliyi 1 illik əmək müqaviləsi bağlayır. Halbuki Əmək Məcəlləsinin tələblərinə görə, daimi iş yerləri üçün müvəqqəti əmək müqaviləsi bağlana bilməz:

“Bir ildən sonra həmin şəxslər müqavilə müddətinin bitməsi adı ilə rahatlıqla işdən uzaqlaşdırılacaqlar. Biz neftçiləri də xəbərdar etmişik, müddətli əmək müqaviləsi müvəqqəti işlər üçün bağlanır. ARDNŞ dövlət müəssisədir. “Azneft” İstehsalat Birliyi strukturuna daxil olan idarə və müəssisələrdə işəgötürənin (yəni hüquqi şəxsin Azneft İB olması ) dəyişilməsi ilə əlaqadar işçilərin əvvəlki işəgötürənlə (NQÇİ rəisi) bağladıqları əmək müqaviləsinə olunmuş “Əlavədə” müqavilə müddəti 1 il göstərilir. İşçilər bu müqaviləyə qol çəkməyə məcbur edilirlər. Bununla da işəgötürən tərəfindən Əmək Məcəlləsinin 43.1. 4., 45.1.3.4., 46.6. 47 maddələri pozulur. Bu da bir ildən sonra hər hansı bir işçinin rahatlıqla işdən çıxarılması üçün səbəb ola bilər. Neft sahəsində çalışanlar müqaviləni imzalamadan düşünməlidirlər. Əks halda gələcəkdə işdən çıxarılarkən hüquqları müdafiə etmək çətin olacaq”.

Dövlət Neft Şirkətindən isə Meydan TV-yə bildiriblər ki, şirkətin idarə və müəssisələrində kütləvi ixtisarlar aparılmır.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI