Bakıda şəhid ailəsinin torpağı zəbt edilib: "Şirkət nazir müavini və deputat olan Səfərov qardaşlarına məxsusdur"

28 mart, 2021 12:25

Bakıda tikinti şirkəti şəhid ailəsinin torpaq sahəsini zəbt edib. Şirkətin deputat və nazir müavini olan məmur qardaşlara məxsus olduğu bildirilir.

Azsiyasət.com musavat.com-a istinadən xəbər verir ki, illərdir davam edən məhkəmə çəkişmələrinə baxmayaraq vətəndaş Yasin Rzayev pozulan hüquqlarını bərpa edə bilmir.

Rzayev Elxan Qəzənfər oğlu 1993- cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Səbail Rayon İcra Hakimiyyəti başcısının 28 iyul 1994-cü il tarixli sərəncamı ilə Səbail rayon Badamdar qəsəbəsində Tofiq Məmmədov küçəsi ilə Əziz Nəzərov küçəsinin kəsişməsində yerləşən torpaq sahəsi şəhidin ailə üzvlərinə verilib.

Şəhidin qardaşı Yasin Rzayev deyir ki, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ 27 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş çıxarışla qeydə alınıb.

Onlara məxsus torpaq sahəsi 2018-ci ildə zəbt edilib.

"Özünü pilot layihələrin icraçısı adlandıran “MVVL VERUS Praedium” MTK tərəfindən mənim razılığım və icazəm olmadan torpaq zəbt edilib. Dəfələrlə MTK-dan mənə məxsus torpaq sahəsindən çıxmağı tələb etsəm də heç bir nəticəsi yoxdur. Deyirlər ki, pilot layihəni icra edirik. Pilot layihələrin icrası zamanı icraçı tərəfindən mülkiyyətçinin əmlakının dəyəri tam həcmdə ödənilməlidir. Şirkətin qanunsuz əmələri barədə hüquq mühafizə orqanlarına, məhkəmələrə şikayət etmişəm"- deyə vətəndaş bildirir.

Yasin Rzayev deyir ki, "MVVL VERUS Praedium” MTK-nın təsisçisi Mirzəyev Namiq Eyvaz oğlu göstərilir.

Vətəndaş qeyd edir ki, şirkət İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov və onun Milli Məclisinin deputatı olan qardaşı Nizami Səfərova məxsusdur.

Yasin Rzayev pozulan hüquqlarını bərpa etmək üçün Səbail Rayon Məhkəməsinə müraciət edib. 400 min manat maddi, 50 min manat isə mənəvi ziyan tələb edib.

Niyazi Səfərov

İşin daha maraqlı tərəfi isə budur ki, vətəndaşla şirkət arasında çəkişmə davam edən ərəfədə Aydın Ağasiyev adlı şəxs həmin torpaq sahəsinin sahibi kimi qələmə verilib. Bu günə qədər həmin torpaq sahəsi üzrə heç bir iddia və tələbi olmadığı halda Aydın Ağasiyev tikinti başlayan ərəfədə torpağın sahibi olduğunu deyib.

Aydın Ağasiyev məhkəməyə müraciət edərək Yasin Rzayevə məxsus torpaq sahəsinə verilən çıxarışın ləğv edilməsi istəyib. Bu mübahisə başlayan ərəfədə tikinti şirkəti ərazini zəbt edib və öz fəaliyyətinə başlayıb.

Aydın Ağasiyevin müraciəti ilə Bakı İnzibati Məhkəməsi Yasin Rzayevə məxsus çıxarışın ləğv edilməsi ilə bağlı qətnamə qəbul edib.

Yasin Rzayev vəkili İntiqam Hacıyev vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsi müraciət edib. Məhkəmə bu qətnaməni qanunsuz hesab edərək ləğv edib. Ali Məhkəmə də qərarı qüvvədə saxlayıb, Yasin Rzayevin çıxarışı qanuni hesab edilib.

İndi isə Yasin Rzayev Aydın Ağasiyevin ona məxsus torpaq sahəsinə görə əldə etdiyi sənədlərin qanunsuz olması və bu əsasla ləğv edilməsi üçün məhkəməyə üz tutub. Hazırda bu iş üzrə məhkəmə çəkişməsi davam edir.

 Qeyd edək ki, Yasin Rzayevin vəkili İntiqam Hacıyevin sorğusuna əsasən Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyindən bildirilib ki, Aydın Ağasiyevə məxsus olduğu deyilən torpaq sahəsi üçün qəsəbə nümayəndəliyi tərəfindən yerləşmə cizgisi tərtib edilməyib.

Nümayəndəlikdən o da bildirilib ki, torpaq sahəsi icra hakimiyyəti tərəfindən şəhid qardaşı Yasin Rzayevə ayrılıb.

Qeyd edək ki, "MVVL VERUS Praedium” MTK vətəndaşların Prezident Adminsitrasiyasına və rəsmi qurumlara barəsində ən çox şikayət etdiyi şirkətlərdən biridir. Bu barədə Administrasiyanın yaydığı məlumatda da qeyd edilir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR