"Azərnəşriyyat"ın binasından oğurluq edildi
29 mart, 2021 10:53

Azərbaycan Nəşriyyatından 9 min manatlıq oğurluq olub.
Azsiyasət.com xəbər verir ki, “Azərnəşriyyat”ın 2-ci mərtəbəsində yerləşən “İnnovation Event” MMC-nin anbarına qapının qıfılını sındıraraq daxil olan şəxs oradan 9000 manat dəyərində naqil oğurlayıb.
Şirkətin direktoru Əliağa Kürçaylı bildirib ki, hadisə martın 23-dən 26-dək olan müddətdə baş verib.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.