Onları koronavirusa görə itirdik... - SİYAHI

29 mart, 2021 16:08

Dünyanı cənginə alan koronavirus pandemiyası bitmək bilmir. 2019-cu ildə Çindən bütün dünyaya sürətlə yayılmağa başlayan bu təhlükəli virus hazırkı günə qədər davam etməkdədir. Koronavirus pandemiyası bu günə kimi dünyada 2 769 473 nəfərin həyatına son qoyub. 

Azsiyasət.com qafqazinfo.az-a istinadən xəbər verir ki, ölkəmizdə ilk dəfə 2020-ci ilin fevralında qeydə alınan pandemiyadan dünənə qədər 3491 nəfər dünyasını dəyişib. 

Azərbaycanda həm ötən il, həm də bu il koronavirusdan dünyasını dəyişənlər içərisində müxtəlif sferaları təmsil edən tanınmış simalar da az deyil.  

Belə ki, 1957-ci il təvəllüdlü tanınmış vəkil Adil İsmayılovun ötən ilin dekabrında COVİD-19-dan vəfat etməsi Azərbaycanda hüquq sahəsində ağır itkilərdən hesab olunur. A. İsmayılov  30 illik vəkil təcrübəsində bir sıra tanınmış şəxslərin hüquqlarını müdafiə edib.

A.İsmayılovun həmkarı, 22 saylı Vəkil Bürosunun rəhbəri Tahir Əlirzayev də bu virusun qurbanına çevrilən tanınmışlardandır. Milli Hüquq Evinin rəhbəri, tanınmış hüquqşünas Nicat Gözəlov da bu gün koronavirusdan dünyasını dəyişib. 

Azərbaycanın sığorta bazarının tanınmış mütəxəssisi, işadamı Xəyal Məmmədxanlı 42 yaşında virusun qurbanına çevrildi.  Bundan əlavə, digər bir işadamı, “Taimex” şirkətinin və “Ağsu” araq zavodunun sahibi Tahir Yusifov da koronavirusdan vəfat edib. 

Media sahəsində tanınmış hərbi jurnalist Rəşad Süleymanlı, İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru Əmrah Fəqanoğlu, foto-jurnalist Fərman Bağırov, əməkdar jurnalist Etibar Babayev, Trend İnformasiya Agentliyinin Baş direktor müavini Elxan Ələsgərov da bu virusun qurbanlarındandır. 

Tanınmış tarixçi alim 62 yaşlı Dilavər Əzimli də bu ilin martında koronavirusdan vəfat edib. O, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi olub. Bu günə qədər onun 104 elmi əsəri çapdan çıxıb. Həmçinin yazıçı, 1940-cı il təvəllüdlü Azər Abdulla da bir neçə gün əvvəl dünyasını dəyişib. O, "Yazıçı" qəzetinin baş redaktoru olub.

Məmurlardan da yan keçməyən bu virus Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin də vəfatına səbəb olub. O, sözügedən vəzifəyə 2019-cu ildə təyin edilmişdi. Həmçinin Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini–İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmira Ağayeva da virusdan dünyasını dəyişib. 
 
Koronavirus həmçinin mədəniyyət sahəsindən də canlar alıb. Azərbaycanın tanınmış xalq artistləri Sabir Əliyev və Teymur Mustafayev pandemiyadan vəfat edib. Bundan əlavə, əməkdar artist İsmayıl Ələkbərov da virusdan dünyasını dəyişib. 

Tanınmış həkim-kosmetoloq Fəridə Məmmədova, həkim-ginekoloq, “Ömür” klinikasının rəhbəri Gülnarə Sultanqızı da koronavirusdan dünyasını dəyişən məşhur simalardandır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR