"Davam" "Novruz xonçası" adlı kampaniya həyata keçirib

29 mart, 2021 18:34

“Davam” Gənclər Hərəkatı tərəfindən başladılan “Novruz Xonçası” adlı kampaniya çərçivəsində davamçı gənclər bayram tətili günlərində Novruz sovqatı ilə dolu xonçalar hazırlayaraq Vətənimiz uğrunda qəhrəmancasına vuruşan və öz sağlamlıqlarını qurban verən qazilərimizi ziyarət ediblər. 

Davamçılar qəhrəman qazilərimiz olan İsa Mustafayev, Nicat Hüseynov, Mobil Əhmədzadə, Ruslan Əliyev, Pərvin Allahquliyev, İsmayıl Hüseynov, Murad Hüseynov, Asif Talıblı ilə görüşüb, bayramlaşıblar.

Azsiyasət.com xəbər verir ki, görüşlər zamanı davamçı gənclər onların səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb, öz suallarını ünvanlayıblar. Səmimi söhbət əsnasında qazilərimiz öz döyüş xatirələrini gənclərlə bölüşüblər. 

“Davam” Gənclər Hərəkatının başlatdığı “Novruz Xonçası” adlı çağırışda digər gənclər təşkilatları da iştirak edib. Çağırışa qoşulan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, “ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı və “Böyük Qayıdış” Gənclər Təşkilatının nümayəndələri də Novruz xonçaları hazırlayaraq qazilərimizin görüşünə yollanıblar. “Davam” Gənclər Hərəkatı çağırışa göstərdiyi diqqət üçün hər bir gənclər təşkilatına təşəkkür edir. 

Kampaniya çərçivəsində görüşlərin keçirilməsində məqsəd Vətənimiz uğrunda ölümü gözə alan igidlərimizi bayram günlərində də diqqətdən kənarda qoymamaqdır. Unutmamalıyıq ki, onlar Vətən torpaqlarının işğaldan azad olunması uğrunda böyük şücaət göstərərək Azərbaycan xalqına tarixi qələbəni bəxş edən qəhrəmanlardır. 

Qeyd edək ki, “Novruz Xonçası” kampaniyasına göstərdiyi dəstək üçün “Xurcun” butiklər şəbəkəsi və “Ulduz” şokolad fabrikinə təşəkkür edirik.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR