"Ordudakı işgəncə halları Nəcməddin Sadıkovun adı ilə bağlıdır" - İlham İsmayıl

30 mart, 2021 17:10

Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun Bakıya gətirilməsinə dair məlumatlar var. Onun vaxtilə orduda baş vermiş bir sıra qanun pozuntuları və “Tərtər işi” ilə bağlı dindirilməsi ehtimal olunur.

Görəsən, Nəcməddin Sadıkov istintaqa cəlb edilə bilərmi?

Azsiyasət.com xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl qeyd edib ki, bu barədə dəqiq informasiya yoxdur, yazılanlar ehtimallardır:

"Təəssüf ki, biz bu ehtimalları neçə illərdir irəli sürürük, amma real olaraq ortada heç bir şey yoxdur. Müharibə dövrünün ən vacib fiquru, Baş qərargah rəisi müharibənin gedişində vəzifəsindən kənarlaşdırılır. Yəqin ki, buna bir əsas var. Əvvəlki illərə baxanda hazırki dövrdə N.Sadıkovun istintaqa cəlb edilməsi ehtimalı daha çoxdur. Bir az inandırıcı gəlmir, çünki gərək bunu indiyə qədər edəydilər. Onun şübhəli şəxs kimi dindirilməsi üçün əsaslar kifayət qədərdir. Heç kəs fikirləşməsin ki, bunun üçün onun 20 il əvvəl törətdiyi cinayətlər ortaya qoyulmalıdır. Onun vəzifədə olduğu müddətdə etdiyi əməllərə görə dindirlməsinə xeyli əsaslar var. Şəxsən mənim üçün onun istintaqa cəlb edilməsi ehtimalı azdır. Çünki “Tərtər işi” də bəlli bir işdir və məhz işgəncə halları birbaşa Nəcməddin Sadıkovla bağlıdır. İndi qəsdən başqalarının üstünə yıxırlar. Bəlkə də onun özünün komandasından olan adamlardır ki, bu işi digər yüksək vəzifəli məmurların üstünə atmaq istəyir. Amma yenə deyirəm, onun çağırılıb cinayət məsuliyyətinə cəlb edilməsi az ehtimaldır”.

İ.İsmayıl sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun həbsinin bəzi generallar üçün də təhlükə hesab olunduğunu qeyd edib:

“Bunu bəzi generallar üçün təhlükə hesab etmək olar. Amma döyüşdə fərqlənən generallar olub. Hikmət Mirzəyev, Hikmət Həsənov, Mais Bərxudarov kimi generallar, müharibədən sonra general rütbəsi verilmiş şəxslər var. Onlar niyə istintaqa cəlb olunmalıdırlar? Həmin şəxslər vətən qarşısında öz vəzifələrini kifayət qədər ləyaqətlə və bacarıqla yerinə yetiriblər. Amma başqaları var ki, onları təhlükə gözləyir. Prezident özü müşavirəsində demişdi ki, bəzi əməliyyatlar ləngiyir, səbəbi isə məlum deyil. Məhz o günahkarlar kimdirsə, tapılıb cinayət məsuliyyətinə cəlb edilə bilərlər”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR