Karantin sərtləşdiriləcəkmi? - Qərargah üzvündən AÇIQLAMA

30 mart, 2021 19:58

Koronavirusun bugünkü dalğası bu şəkildə davam edərsə, yoluxmalar artarsa, xəstəxanalardakı çarpayıların tükənməsi, eləcə də oksigen aparatlarına tələbatın artması ilə yanaşı, reanimasiyalarda xəstələrə lazım olan köməkliyi edə bilməmək kimi bir təhlükə var qarşımızda. Bu reallığı qəbul etməkdən başqa da bir yolumuz yoxdur.

Azsiyasət.com xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat ümidvar olduğunu bildirib ki, zaman çərçivəsində epidemioloji vəziyyət nəzarət altına alınacaq: “Epidemioloji vəziyyətin nəzarət altına alınmasında isə əvvəlcə cəmiyyətin bu hadisələrə kütləvi şəkildə olan reaksiyası vacibdir, çünki bu reaksiya olmadan, cəmiyyət kütləvi şəkildə epidemioloji vəziyyətin diqtə etdiyi 3 preventiv tədbiri tətbiq etmədiyi müddət içərisində dövlətin görmüş olduğu bütün işlərə baxmayaraq, nəticə almaq qeyri-mümkündür.

İkincisi, dövlət sadəcə yoluxma rəqəmlərinə baxaraq deyil, həm də ölkədəki bir çox faktorları nəzərə alaraq gələcəkdə qapanmalar haqqında qərar verə bilər. Bunlar nədir? İnsan resursları, xüsusən, səhiyyə sahəsində, xəstəxanalardakı resurslar və eləcə də ölkədəki ümumi vəziyyətdə bir çox parametrlər aidiyyəti qrumlar tərəfindən analiz olunaraq gələcəkdə cəmiyyət üçün, xüsusən xəstələnən və yoluxan insanlar üçün, onların müalicəsinin təşkili üçün təhlükə ortaya çıxdığı anda əlbəttə ki, karantin rejiminin sərtləşməsi qaçılmaz ola bilər. Amma ötən bir ilin təcrübəsi göstərdi ki, məcbur qalmadıqca heç bir ölkə sərt karantin rejiminə getmək istəmir, çünki bunun faydadan çox zərəri olduğu hamıya məlumdur”.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR