İcra başçısı Prezidentə şikayət edən sakini cərimələtdi: Salyanda qəribə olay

31 mart, 2021 17:46

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ondan prezident və vitse-prezidentə şikayət etdiyinə görə 77-yaşlı qadını və onun övladlarını cərimələtdirib. Söhbət rayonun Aşağı Noxudlu kənd sakini Gülsüm Nəcəfova, onun övladları Salam və Nazim Nəcəfovlardan gedir.

İcra başçısı iddia edir ki, Nəcəfova və oğullarının 2020-ci ilin yayında prezidentə, vitse-prezidentə ünvanladığı teleqram və məktublarda onun haqqında yazılanlar yalandır. Hətəmov məhkəməyə təqdim etdiyi iddia ərizəsində yazıb ki, Prezident Administrasiyasına onun haqqında yazılan yalanlara görə stress keçirib, psixi durumu pisləşib. Ona görə də Nəcəfovlar ailəsindən 10 min manat təzminat, dövlət orqanlarına təkzib məktubu göndərməyi və üzr istəmələrini tələb edib.

Nəcəfova şikayət məktubunda yazıb ki, 11 övladı var. 1990-cı illərdə onların ailəsinə təsərrüfatla məşğul olmaq məqsədilə 260 hektar torpaq sahəsi verilib. Bu əraziləri məmurlar hissə-hissə əllərindən alıb. Sonuncu 95 hektarı da icra başçısı Hətəmov əllərindən alıb və "Aztəsərrüfat" MMC-nin rəhbəri Ramil Həsənova verib. İcra başçısı öncə Nəcəfovanın mərhum həyat yoldaşına 1998-ci ildə icarəyə verilmiş 95 hektar qış otlaq sahələrinin dövlət fonduna geri qaytarılması barədə sərəncam imzalayıb. Daha sonra həmin ərazinin "Aztəsərrüfat" MMC-yə icarəyə verilməsi barədə daha bir sərəncam imzalayıb.

"Övladlarımı döyə-döyə polis şöbəsinə apardılar. Qapımıza polis qoydular. Məni məcburi şəkildə notariusa apardılar, o ərazidə bizim çoban evi və başqa tikililərimiz vardı. Daş-divarın dəyəri kimi 30 min manat verdilər, məcbur elədilər ki, bunu götürüb, ərazidən əl çəkək. Əks halda, uşaqlarımı şərləyib həbs edəcəkdilər. Onsuz da nahaqdan tutub aparıb, polisə müqavimət adıyla cərimələmişdilər. Çarəsiz qalıb, notariusda dedikləri kimi elədim", – Nəcəfova belə deyir.

Onun sözlərinə görə, əkin sahəsi övladlarının, onların ailələrinin dolanışıq yeri idi. İndi maddi baxımdan ağır duruma düşüblər.

İcra başçısının 2020-ci ilin sentyabrında qaldırdığı iddia üzrə Salyan rayon Məhkəməsində martın 1-də qətnamə çıxarılıb. Hakim Ağarza Səmədov qərar verib ki, ana və iki oğlu icra başçısına 2000 manat təzminat ödəsin, prezident və vitse-prezidentə yenidən məktub yazıb Hətəmov haqqında yazılanların həqiqətə uyğun olmadığını bildirsin. Məhkəmə prosesi zamanı keçirilmiş ekspertizanın xərci – 150 manatı ödəmək öhdəliyi də Nəcəfovlar ailəsinin üzərinə qoyulub. Salyan sakinləri qərardan narazı qalıb, onu ədalətsiz hesab edir.

"Bizim 2000 manatımız haradandır ki, icra başçısına verək? Məhkəmədə də oğlum dedi, iş olanda günəmuzd 10 manata fəhlə işləyib uşaqlarını zorla dolandırırlar. Biz torpaqla dolanan adamlar idik, onu da əlimizdən aldılar...", – Nəcəfova əlavə edib.

Prezident İlham Əliyev çıxışlarında məmur özbaşınalığı ilə bağlı dəfələrlə xəbərdarlıq edib, hər bir siqnalın araşdırılacağını deyib. Amma təcrübədə dövlət orqanlarından, məmurlardan şikayət edən vətəndaşların məhkəmə yoluyla cəzalandırılmasına vaxtaşırı rast gəlinir. Hüquqşünaslar şikayət məktublarına görə məhkəmə iddialarının qaldırılmasını absurd sayırlar.

Azadliq.org

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR