Azərbaycanlı milyarderlər Qarabağın bərpasına yardım edəcəkmi?

01 aprel, 2021 22:49

2020-ci il Azərbaycan üçün qələbə ili kimi yadda qaldı,  ötən il xalqımız tarixi zəfərlər yaşadı. Lakin 44 günlük müharibənin nailiyyətləri ilə yanaşı, geriyə ağrı-acıları, həllini tapmamış problemləri də qaldı: 30 il işğalda qalan torpaqlarımızın ürəkağrdıdan görüntüləri, minlər şəhid ailələri və qazilərimiz, düşmən təxribatı nəticəsində dağıdılan Gəncə və Bərdə şəhərləri… 

Artıq müharibə başa çatıb, Dağlıq Qarabağ münaqişəsi danışıqlar masasına daşınıb. Bununla paralel olaraq dövlət qarşısında yuxarıda sadaladığımız problemlərin həlli  də açıq olaraq qalır. Bu azmış kimi, bütün dünyada olduğu kimi Azərbaycan da 1 ildir ki, pandemiya ilə mübarizə şəraitində xeyli itkilər verir və mövcud durum hələ də davam etməkdədir. Əlimizdə dövlətin məhdud imkanları və gedikcə azalan vəsaitləri ilə Neft Fondu var. Bu durumda dövlətin imkanlı vətəndaşlarının dəstəyinə ehtiyac var. Azərbaycanın rəsmi milyonçuları olmasa da, xarici ölkələrdə milyarder kimi tanınan zəngin həmyerlilərimiz də az deyil. Xüsusən də Rusiyanın ən zənginləri arasında azərbaycanlı “LUKoil”un prezidenti Vahid Ələkbərov, Araz Ağalarov, Qod Nisanov, Zarax İliyev, Fərhad Əhmədov, İlham Rəhimov kimi nüfuzlu iş adamlarının adları çəkilir. 

Onlardan bəziləri, məsələn İlham Rəhimov, Fərhad Əhmədov, Qod Nisanov bir çox hallarda dəstək əlini uzatsalar da, bəzilərinin Azərbaycana məhəbbəti qətiyyən hiss olunmur. Xüsusən  Vahid Ələkbərov və  Araz Ağalarovla bağlı bunu deyə bilərik. Bu milyarderlər işğaldan azad olunan Ağdamın, Füzulinin, Kəlbəcərin bərpası üçün müəyyən vəsait ayırsalar, onların milyardlarla ölçülən sərvəti üçün böyük bir itki hesab olunmaz. Ancaq Azərbaycan dövləti üçün ciddi bir dəstək ifadə etmiş olar.  Ən azı illərdir Azərbaycandan qazanan “LUKoil”in prezidentinin belə bir mənəvi borcu var. Torpaqlarımızın azadlığı uğrunda canından keçən qazilərin xaricdə müalicəsi, əməliyyatı, onların və şəhid ailələrinin yaşam şəraitinə dəstək, övladlarının təhsilinə dəstək və sair istiqamətdə yardımlar bu şəxslərin həm də bir messenant kimi xalqımızın qəlbinə, ölkə tarixinə öz  adlarını yazdırmaq üçün yetərli olar. Necə ki, milyardlar gəldi-gedərdi, lakin yaxşılıqlar unudulmur. Ötən ilin iyun ayına olan məlumata görə, pandemiyaya görə 4,79 milyard dollar itirən Vahid Ələkbərovun sərvəti 17,5 milyard dollara düşüb. 

Qeyd edək ki, dövlət başçısı da çıxışlarında xaricdə yaşayan azərbaycanlı iş adamlarına səslənmiş, onları ölkəmizə yatırım etməyə, dəstək verməyə çağırmışdı. Həm də bu çağırışdan irəli gələrək, işğaldan azad edilmiş torpaqlarımızın bərpası üçün rəsmi və qeyri-rəsmi milyarderlərimizin dəstəyinə ehtiyac var. Bu həm ianə , həm də yatırım şəklində ola bilər.

Mövzu ilə bağlı danışan iqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov bildirdi ki, Rusiyada yaşayan imkanlı həmyerlilərimiz arasında qəlbi vətənlə döyünənlər çoxdur və dövlətə maddi dəstəklə bağlı onlar arasında təşkilatçılıq işi aparılmalıdır: 

“Mən uzun illər Rusiyada yaşamışam, orada iş adamı olan həmyerlilərimizin imkanlarını öz gözümlə görmüşəm. Təkcə Rusiyada kifayət qədər böyük imkanlara malik iş adamlarımız var. Bizim problemimiz bütün bu işləri təşkil edəcək səviyyədə bir idarəçiliyin olmamasıdır, pərakəndəliyin olmasıdır. Azərbaycanda hər hansı bir problem yarandığı zaman xaricdəki iş adamlarının bir araya gətirilməsi, yardım kampaniyasının təşkil edilməsi üçün iş aparılmır. İmkanlar böyükdür, bizim nəinki tanınan, hətta elan olunmamış, gəlirləri bəyan edilməmiş milyarderlərimiz var. Onlar üçün Qarabağın işğaldan azad edilmiş ərazilərinin bərpasına bir neçə milyon vəsait ayırmaq heç bir problem deyil. Bu işlər lap öz adları ilə görə bilərlər. Qoy bir regionun bərpası hansısa bir iş adamının adı ilə bağlı olsun, onun adına yazılsın. Bunu təşkil etmək lazımdır, bizim bu istiqamətdə iş aparacaq qurumlarımız təkmil deyil. Bizim diasporalarla iş aparan dövlət qurumumuz, təşkilatlarımız da var”.

İqtisadçı alim təəssüflə bildirdi ki, ermənilər bu məsələdə bizdən daha öndədirlər: 

“Müharibə gedəndə təkcə Amerikanın Kaliforniya ştatında bir neçə gündə 230 miylon dollara qədər pul yığıldı. Mən Rusiyada öz gözümlə görmüşəm ki, ermənilər ölkələri ilə bağlı hər hansı bir problemin həlli üçün necə bir araya gəlirlər və nə qədər məsələləri çözürlər. Bizdə ayrı-ayrı iş adamları müəyyən yardımlar etsə də, belə bir təşkilatçılıq yoxdur. Lakin mən əminliklə deyirəm ki, xaricdəki iş adamlarımız belə bir çağırışa məmnuniyyətlə qoşularlar və azad edilən rayonlarımızın bərpası üçün milyardlarla   dollar vəsait yığılar. Bizim başqa yolumuz yoxdur. O torpaqları ermənidən azad etmişik, lakin pandemiya səbəbindən iqtisadiyyatımızın zəiflədiyi bir şəraitdə dəstəyə ehtiyacımız var. Bu prosesin necə təşkil edilməsini düşünmək lazımdır. Bu gün qanı-canı Azərbaycana bağlı  iş adamlarımız var ki, Dağlıq Qarabağa yatırım etmək onların ürəyindən keçir, lakin edə bilmirsə, deməli bu sahədə təşkilatçılığımız çox aşağıdır”.

F.Yusifov onu da vurğuladı ki, Rusiyanın ən zənginlərindən olan Vahid Ələkbərovun da yardım etmək üçün kifayət qədər imkanları var:

“LUKoil” Azərbaycanda neft sektorundə fəaliyyət göstərir, Əsrin müqaviləsindən bu yana bütün proseslərdə iştirak edir və külli miqdarda qazanc əldə edir. “LUKoil”un Azərbaycanda nə qədər yanacaqdoldurma məntəqələri var, bu şirkət Azərbaycanda pul qazanır. Belə olduğu halda Azərbaycanın belə çətin günündə Vahid Ələkbərovun 1 milyard dollar yatırım etməsi bütün prizmalardan yanaşdıqda doğrudur, məntiqlidir və düzgündür”.

Musavat.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR