Bakıda özlərini "Qarabağ əlilləri" kimi təqdim edən şəxslər 60-dan çox ağacı kəsib - VİDEO

02 aprel, 2021 13:17

Dünən gecə saatlarında Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Dərnəgül 1 ünvanının kəsişməsində 60-dan çox ağac kəsilib. Həmin ərazidə fəaliyyət göstərən obyektlərin sahibləri bildiriblər ki, məhv edilən ağaclar Xan çinarı və leylandr növünə aid olub. Ağaclar Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən qeydiyyata alınıb.

Obyekt sahibi Vüqar Dəmirov deyib ki, gecə saat təxminən 10-da hərbi forma geyinmiş 15-ə yaxın şəxs 5 “Qazel ”maşını ilə əraziyə gəlib:

“Obyektlərə nəzarət edən mühafizəçilər zəng vuraraq məlumat verdilər ki, özlərini Qarabağ əlilləri kimi təqdim edən bir qrup şəxs ağacları kəsir. Bir neçə nəfər mühafizəçiləri tutub otağa salıb ki, onlar şəkil çəkə, yaxud məlumat verə bilməsinlər. Cavan ağaclar kökündən çıxarılıb, digərlərini kəsib maşınlara yükləyərək aparıblar”.

Obyekt sahibləri bildiriblər ki, 15 ilə yaxındır bu ərazidə fəaliyyət göstərirlər. Ağaclara da onlar qulluq edirlər. Sahibkarlardan biri deyib ki, bu ərazi üstündə uzun müddətdir mübahisə gedir. Dəfələrlə ağacları kəsməyı cəhd ediblər. “Həmin şəxslər özlərini Qarabağ əlilləri kimi təqdim edirlər, ancaq hamımıza bəllidir ki, onların arxasında müəyyən insanlar var. Bu ərazidə obyektləri söküb yerində başqasını tikmək istəyirlər. Təklif edirlər ki, obyekt tikib sonra elə sizin özünüzə icarəyə verək. Təxminən 1500 nəfər bu obyektlərin hesabına dolanır. Həmin şəxslərin kim olduğunu bilmirik. Dövlət pandemiya dövründə bizə dəymiş zərəri ödəyib, hər bir sahədə dəstək göstərir.Ancaq kimlərsə bizə əngəl törədir”.

İş adamı Novruz Rzayev isə deyib ki, ağacları kəsənlər özlərini Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin üzvləri kimi təqdim ediblər. Şikayətçilərin sözlərinə görə, ağaclar ötən ilin sentyabrında əkilib, bununla bağlı rəsmi sənədlər mövcuddur:

“Onların Qarabağ əlilləri olduğu da məlum deyil. Çünki müxtəlif ərazilərdə torpaqların zəbt edilməsi ilə bağlı mübahisələrində həmin şəxslərin də iştirak etdiyinə dair sosial şəbəkələrdə görüntülər var. Məqsədləri ərazinin ələ keçirilməsidir. 1 ildir həmin şəxslərlə obyekt sahibləri arasında mübahisə baş verib, hətta bir neçə sahibkara fiziki təzyiq göstərilib. Qazilərin adından istifadə edilməsi yolverilməzdir”. Qeyd edək ki, özlərini “Qarabağ əlilləri” (söhbət birinci Qarabağ müharibəsindən gedir) bir qrup şəxsin adı indiyədək dəfələrlə bu cür qalmaqallarda hallanıb. Dəfələrlə bu şəxslərin SOCAR-a aid neft ərazilərində qanunsuz evlər tikərək satmaqla məşğul olduqları barədə görüntülər yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda nazirliyin əməkdaşları ərazidədirlər. Araşdırma aparılır və bu barədə ictimaiyyətə məlumat veriləcək. Yaşıllaşdırma Təsərrüfatı Bırliyindən də bildiriblər ki, ağacların kəsilməsi ilə bağlı məlumatlıdırlar. Birliyin əməkdaşları əraziyə gediblər, araşdırma aparılır. Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyindən də məsələ ilə bağlı açıqlama veriləcəyi bildirilib.

Virtualaz.org

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR