"Çıxıb "hər uşağa 300 manat verilsin" deyirsənsə, hakimiyyətə gəlmək fikrin yoxdur" - ReAL funksioneri

03 aprel, 2021 10:57

REAL Partiyasının sədri İlqar Məmmədovun ötən gün “uşaqpulu” mövzusu ilə bağlı müzakirə aparanları debil, yaramaz adlandırması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Müxalifət liderinin bu cür reaksiyası müxtəlif təbəqələri təmsil edən şəxslər tərəfindən tənqid edilib. 

Azsiyasət.com qafqazinfo.az-a istinadən xəbər verir ki, müzakirələrin ardınca adıçəkilən partiyanın Siyasi Komitəsinin üzvü  Natiq Cəfərli də məsələyə münasibət bildirib. 
 
Onun sözlərinə görə, bəzi populistlər sosial mövzulara girəndə elə bilirlər ki, “auksion” dur, kim daha böyük rəqəm desə, o qalib gələcək:

“Xalqın intellektual potensialı ilə lağ edirlər, mövzuları araşdırmırlar. Həm də elə bilirlər ki, İlham Əliyev daimi prezident, YAP həmişə hakimiyyətdə olacaq, ona görə də danışanda, rəqəm səsləndirəndə boğazdan yuxarı danışırlar. Biz isə məsələlərə həmişə məsuliyyətlə yanaşmağa, özümüzü gələcək hökumət kimi düşünməyi öyrətməyə çalışırıq.

Sən bu gün çıxıb “hər uşağa 300 manat verilsin” deyirsənsə, deməli sənin hakimiyyətə gəlmək fikrin yoxdur, içiboş populizmlə məşğulsan, gələcəkdə özünü hökumət kimi görmürsən. Ölkədə 2,8 mln. 18 yaşına qədər uşaq var, hər birinə 300 manat versək bu ilə 10 mlrd. manatdan çox, 200 manat versək 7 mlrd, 100 manat versək 3,5 mlrd. manat edəcək - büdcə isə 25 mlrd. manat civarındadır.

Gələcəkdə bu hakimiyyətə qalib gəlib özü hökumət olmaq istəyən ciddi siyasi qüvvə təklif verərkən bunun mənbələrini də elan etməlidir, amma həmin populist kəsim nə deyir?! Deyir ki, “oliqarxlardan alıb paylamaq lazımdır”, tipik bolşevik düşüncəsidir, amma, tutalım elədir, 1 il onlardan aldın, 2 il alıb payladın, bəs sonra?! 

Biz isə məsuliyyətli yanaşma təklif edirik ki, sabah hökumət olanda dediyimizi yerinə yetirə bilək. “Uşaqpulu” məsələsi mütləq həll edilməlidir, amma bunun ədalətli və davamlı olması lazımdır, bunun üçün isə ilk növbədə ehtiyacı olanlar, sosial vəziyyəti ağır olan ailələr almalıdır. Hamıya, məsələn, 20-30 manat verməkdənsə, ehtiyacı olanlara 100-150 manat vermək daha doğrudur. 

Ölkə büdcəsindən ilə 1 mlrd. manatı bu məsələyə ayırmaq olar və bunu əsaslandırmaq mümkündür.  Belə yanaşmanı həm hökumətdən tələb etmək lazımdır, həm də özümüz hökumət olanda edə biləcəyik.

Siyasətçi məsuliyyətli olmadısa, populizm “qusdusa”, eləsindən heç kimə xeyir gəlməyəcək, bunu dəqiq bilin”.

Qeyd edək ki, Azərbaycanda “uşaqpulu”nun yenidən bərpa edilməsiylə bağlı zamanla müxtəlif təkliflər irəli sürülüb. Parlamentin iclaslarında, Nazirlər Kabinetinin illik hesabatlarının müzakirəsində bir neçə deputat “uşaqpulu”nun verilməsinin labüdlüyünü qeyd edib. Bu günlərdə isə “Ağ” Partiyasının sədri Tural Abbaslı ilə REAL Partiyasının parlamentdəki üzvü Erkin Qədirli arasında Musavat TV- nin efirində polemika yaranıb. Həmin debatda T. Abbaslı REAL Partiyasının sədri İlqar Məmmədovun fəaliyyətini tənqid edib. Eyni zamanda, T. Abbaslı “uşaqpulu”nun verilməsinin vacibliyinə toxunarkən partiyanı təmsil edən deputat E. Qədirli daha vacib məsələ kimi gənc ailələrə güzəştli şəkildə mənzil verilməsini qeyd edib. O bildirib ki, “uşaqpulu”nun uşaqlara xərclənib xərclənməyəcəyi sual doğuran məqamlardandır. 

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"