Tarixin ən məşhur casusları haqqında maraqlı faktlar - FOTOLAR

04 aprel, 2021 11:01

Yandırılan, elektrik stoluna bağlanan və asılan agentlərin çətin həyatı...

Casusluq hər kəsə ədəbiyyat və kino vasitəsilə tanış olan gizli və təhlükəli bir peşədir. Casuslar bir-biriləri ilə əbədi mübarizə aparan ölkələr üçün çox vacibdir. Onların çoxu pulla işləyir, bəziləri vətənpərvərlik adına yönəldilib. Bundan əlavə, casuslar eyni zamanda qəhrəman və cani elan olunurlar. Bu vəziyyət nə filmlərdə, nə kitablarda, nə də dünya siyasətində çox da fərqlənmir.

Azsiyasət.com musavat.com-a istinadla tarixin ən məşhur casusları haqqında maraqlı bilgiləri təqdim edir.

İzabella Boyd

Belle Boyd kimi tanınan Izabella Boyd Amerika vətəndaş müharibəsi dövründə Konfederasiya ordusu üçün əhəmiyyətli bir casus olub. Atasının otelini əməliyyatların qərargahına çevirib və sevgilisi ondan imtina edənə qədər Konfederasiyalara xidmət etməyə davam edib. Töhfələrinə görə dəfələrlə təltif edilib. Boyd 1862-ci ildə həbs olunub və bir ay həbsxanada qalıb. Sərbəst buraxıldıqdan sonra İngiltərəyə gedib və 1900-cü ildə orada vəfat edib.

Nathan Hale

“Ölkəm üçün itirəcəyim tək bir həyatım olduğuna görə üzr istəyirəm ...” - bu məşhur sözləri edam olunmazdan əvvəl ilk Amerika casusu Nathan Hale söyləyib. Hale Amerika İnqilab Müharibəsi dövründə Qitə Ordusunun kapitanı olub. Bir müəllim kimi kamuflyaj olan Hale, kəşfiyyat məlumatları toplama missiyasına gedib. Orada casus olduğu aşkar edilən zaman ingilis ordusu tərəfindən əsir götürülüb. 21 yaşlı Hale casusluq ittihamı ilə mühakimə olunaraq asılıb.

Dusan Popov

Serbiyada anadan olan Popov İkinci Dünya müharibəsi dövründə MI16 üçün işləyib. Yaponların Pearl Harbora hücumunda Popovun FTB-yə xəbərdarlıq edib, ancaq bu xəbərdarlığa laqeyd yanaşıldığı üçün yaponların hücumu uğurlu olub. Böyük kəşfiyyat məlumatları əldə etmiş agent Popov 1968-ci ildə vəfat edib. 20-ci əsrin ən ağıllı casusu adını alan Duşan Popov məşhur agent Ceyms Bondun "Casus 007" prototipidir.

Klaus Fuşs

Almaniyada anadan olan Klaus Fuşs Sovet İttifaqına "Manhattan Layihəsi" haqqında məlumat verməsi ilə tanınır. Başlanğıcda ingilislərin atom bombası hazırlamaq layihəsində çalışıb və daha sonra Manhattan layihəsinə casus olaraq qatılıb. Casus olması ilə bağlı məlumatlar bəlli olduqda, 1950-ci ildə İngiltərədə tutularaq cəzalandırılıb. Həbs edildikdən sonra İngiltərə kəşfiyyatına müxtəlif gizli məlumatları verib.

Mata Hari

Tarixin ən məşhur casuslarından biri olan Mata Hari yüksək vəzifəli şəxslər üçün xidmət göstərən fahişə, eyni zamanda da bir rəqqasə idi. Mata Hari casusların kraliçası hesab olunur. Hollandiyada anadan olan casusun əsl adı Margaretha Geertruida Zelle MacLeoddur. Mata Hari dəyərli məlumatlar əldə etməsinə görə əhəmiyyətli bir xəzinə sayılırdı. 1917-ci ildə Birinci Dünya müharibəsi zamanı aldığı mesajları almanlara satdığına və 50.000 fransız əsgərinin ölümünə görə, tutularaq edam edilib.

Rozenberqlər

Etel və Yulius Rozenberq SSRİ üçün casusluq etməkdə günahlandırılıraq öldürülən  amerikalı cütlükdür.

Etel və Yulius Rozenberq tarixin ən məşhur casusları arasındadır. Onlar sovet kəşfiyyat xidmətində çalışan Amerika kommunistləri idi. ABŞ üçün həyati əhəmiyyət daşıyan nüvə sirlərini Sovet İttifaqına ötürmələri ilə tanınırdılar. Rozenberq ailəsi Nyu Meksikodakı araşdırma mərkəzindən rus agentlərinə nüvə silahının sirlərini ötürməkdə ittiham ediliblər. Yulius 17 iyul 1950-ci ildə, həyat yoldaşı Etel isə 11 avqustda həbs olunub. Hökumət casus olduqlarını etiraf etmək müqabilində edam hökmünün 30 ilədək endirilməsini təklif edib, lakin Rozenberqlər bundan imtina ediblər. 19 iyun 1953-cü ildə Etel və Yulius Rozenberq elektrik kreslosunda edam ediliblər.

Aldrix Ames

Aldrix Ames, soyuq müharibə dövründə Sovet İttifaqında çalışan bir CIA zabiti idi. Pul əvəzinə KQB-yə əyalət içindəki məlumatları satırdı. Ames KQB-yə Sovet İttifaqında çalışan yüzə yaxın CIA casusunun şəxsiyyət vəsiqələrini də verib. Mərkəzi Kəşfiyyat İdarəsinin sıralarında deşifrə olunduqdan sonra ömürlük həbs cəzasına məhkum edilib.

Sidney Reilli

Əsl adı Sigmund Georgievich Rosenblum olan Sidney Reilli, Rusiyada anadan olub. Bir neçə ölkəyə casusluq edərək ikili həyatlar yaşayıb. Uğursuz olsa da sovet lideri Leninə sui-qəsd planı ilə məşhur olub. Daha sonra Sovet İttifaqı tərəfindən tutulan Sidney edam edilib. Popov kimi, Reillinin də ən məşhur ədəbi casus Ceyms Bond üçün ilham mənbəyi olduğu deyilir.

Melita Norwood

İngiltərədə məmur olan Melita Norwood da bir casus idi. Nüvə Tədqiqatları Mərkəzində aparılan gizli araşdırmalarda bəzi həssas sənədlərə sahib olması ingilislərin deyil, Sovet İttifaqının diqqətini çəkib. 1940-cı ildə Sovet İttifaqı tərəfindən agent təyin edilən Melita 1993-cü ildə vəfat edib.

Brita Tott 

Danimarkanın zadəgan ailələrindən birinin qızı olan Brita Tott 1442-ci ildə İsveç kral ailəsindən olan zadəgan bir şəxslə evlənib. On il sonra İsveç Danimarka ilə müharibəyə girəndə Tott ölkəsi üçün casusluq edib. İsveç kralı VIII Karlın sui-qəsdində iştirakçı olmaqla yanaşı, ordunun hər addımının qarşısını alacaq sirlərini ailəsinə çatdıran agent olub. VIII Karl və hökumət onu xəyanətdə günahkar bilərək birbaşa yandırma cəzasına məhkum edib.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"