Məşhur "91"lərdən olan dosent vəfat etdi - FOTO

05 aprel, 2021 00:10

Bakı Musiqi Akademiyasının dosenti, bu ali məktəbin “Şifahi ənənəli musiqi və müasir problemlər” elmi laboratoriyasının aparıcı elmi işçisi, musiqişünas tədqiqat Ariz Abduləliyev bu gün 63 yaşında vəfat edib.

Azsiyasət.com xəbər verir ki, bu barədə modern.az-a mərhumun tələbələri məlumat veriblər.

Qeyd edək ki, Ariz Abduləliyev hakim Yeni Azərbaycan partiyasının qurucularından olmuş məşhur 91 nəfərdən (“91-lər”) biridir.

Ariz Əli oğlu Abduləliyev 12 dekabr 1958-ci ildə anadan olub. 1974-1979-cu illərdə A.Zeynallı adına Bakı musiqi məktəbinin “xalq çalğ alətləri” şöbəsində təhsil alıb. 1979-1984-cü illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasinda “Azərbaycan xalq musiqisi - tar” şöbəsində ifaçı və müəllim ixtisası üzrə ali təhsil alıb. 1986-da Azərbaycan SSR Mədəniyyət Nazirliyinin “musiqi müəllimləri üçün respublika təkmilləşdirmə və ixtisasartırma kursu”nu bitirib. 1996-2000-ci illərdə AMEA Memarlıq və İncəsənət İnstitutunda istehsalatdan ayrılmamaqla “Musiqi sənəti” ixtisası üzrə aspiranturada oxuyub. 1998-2001-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə ikinci ali təhsil alıb. 1975-ci ildən bu günə kimi pedaqoji fəaliyyətlə məşğul olub. 1975-1979 və 1985-1991-ci illərdə uşaq musiqi məktəbində müəllim işləyib. 1991-1994-cü illərdə Azərbaycan Milli Yaradıcılıq Akademiyasında “musiqi problemlərinin tədqiqi” şöbəsində elmi işçi kimi çalışıb. 1999-cu ildən bu günə kimi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasında müəllim (1999), baş müəllim (2005), dosent (2017) vəzifəsində çalışıb. 2005-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub. A.Abduləliyev bir sıra kitabların müəllifi və həm müəllifidir. Onun “Elm və həyat”, “Qobustan”, “Musiqi dünyası”, “Konservatoriya”, “Mədəniyyətşünaslıq”, “İncəsənət və mədəniyyət problemləri”, “Mədəni həyat”, “Poisk” elmi jurnallarında, media orqanlarında musiqi mövzularında elmi və elmi-publisist məqalələri, informasiyaları, müsahibələri dərc olunub.

A.Abduləliyev 1992-ci ilin 16 oktyabrında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalıdan biri olub. Onlar vaxtilə Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuşdular. 

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR