Qarabağda nə qədər insan minaya düşüb?

05 aprel, 2021 13:40

Ermənilər uzun illərdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində kütləvi şəkildə minalar qoyublar. Bu gün ölkəmizin Vətən müharibəsində qazandığı qələbədən sonra Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) genişmiqyaslı təmizləmə əməliyyatları həyata keçirir. Lakin minalanmış ərazilərin xəritəsinin olmaması bərpa prosesini xeyli çətinləşdirir.

“Minalanmış ərazilərin xəritəsinə sahib olmaq azad edilmiş ərazilərin planlaşdırılması və yenidən qurulması üçün vacib amildir. Ancaq düşmən düşməndir və bizə xəritələr təqdim etsələr də, Agentliyin araşdırma və kəşfiyyat qruplarının hər şeyi aydınlaşdırması və ərazilərin hərtərəfli yoxlanışdan keçməsi lazımdır”.

Azsiyasət.com xəbər verir ki, u barədə caliber.az-a ANAMA-nın Ərazilərin Tədqiqatı və Təmizlənməsi üzrə Əməliyyat İdarəsinin rəisi İdris İsmayılov məlumat verib.

ANAMA işçilərinin mina təmizlənməsi əməliyyatları zamanı üzləşdikləri problemlərlə bağlı sualı cavablandıran İ.İsmaylov qeyd edib ki, əməliyyatlar yağışlı və şaxtalı havalarda aparılmır.

“Təmizlənmə işləri aparılarkən ərazinin coğrafi yeri, landşaft və hava şəraiti daxil olmaqla bir çox amillər nəzərə alınır”, - deyə o bildirib.

İ.İsmayılovun sözlərinə görə, minaların partlaması daha çox əvvəllər döyüş əməliyyatlarının aparıldığı azad edilmiş ərazilərdə baş verir. Xüsusilə, Birinci Qarabağ müharibəsindən sonra 2 806 nəfər zərər çəkib, 639 nəfər ölüb, 44 günlük Vətən müharibəsindən sonra 32 nəfər zərər çəkib, 18 nəfər həlak olub.

“Landmines Monitor” jurnalının məlumatına görə, 2018-ci ildə dünyada 6 897 nəfər minalardan müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb və ya həlak olub. Bunların 71 %-i (4 897 nəfər) mülki vətəndaşlardır ki, onların da 54 %-ni (2 644 nəfər) uşaqlar təşkil edir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR