"Zakir Həsənov ictimaiyyəti çaşdırır" - Deputat nazirliyi sərt tənqid etdi

06 aprel, 2021 14:53

Milli Məclisin deputatı Aqil Abbas Müdafiə naziri Zakir Həsənova müraciət ünvanlayıb.

Xatıradaq ki, millət vəkili parlemantin plenar iclasında Müdafiə Nazirliyini tənqid edib və Hərbi Hospitalla bağlı narazılığını dilə gətirib. Daha sonra deputatın fikirlərinə nazirlik rəsmi münasibət bildirib.

A.Abbas isə nazirliyin açıqlaması ilə onun səsləndirdiyi fikirlərin uzlaşmadığını bildirərək nazirə müraciət edib.

Deputat bildirib ki, Müdafiə Nazirliyindən ona cavab yazanlar həmin çıxışı diqqətlə dinləməyiblər və ya oxumayıblar: 

“Guya: «Bu cür fikirlər ictimaiyyətimizdə çaşqınlıq yaratmaqla yanaşı hərbi həkimlərin qəhrəman əməyinə kölgə salır, onların ağır işini şübhə altına alır».

Qaldı mənim guya «ictimaiyyətdə çaşqınlıq yaratmaq» məsələsinə.

Görək ictimaiyyətdə çaşqınlığı mən yaradıram, yoxsa rəhbərlik etdiyiniz nazirlik?

Aprel döyüşlərindən sonra belə bir açıqlama verdiniz ki, Şoyqu (Rusiyanın müdafiə naziri) zəng elədi, ondan sonra müharibəni saxladıq. Ən böyük çaşqınlığı bu yaratmışdı. Müstəqil bir dövlətin müdafiə naziri başqa bir dövlətin müdafiə nazirinin zəngi ilə müharibəni saxlayır. Müstəqil dövlətin müdafiə naziri əmrləri Ali Baş Komandandan alır. Aprel döyüşlərinin saxlanmasını daha aydın bir şəkildə ifadə edə bilərdiniz, xalqda da çaşqınlıq yaranmazdı.

Neçə müddətdir Aprel döyüşlərindən sonra qaldırılmış «Tərtər işi» adlı cinayət işi haqqında mətbuat yazır. Bu işin dərinliyinə getmirəm, amma nədənsə Müdafiə Nazirliyi hələ də bu məsələdə susur. İctimaiyyətdə çaşqınlıq belə yaranır.

Müharibə başlayandan bir neçə gün sonra iki korpus komandiri vəzifədən götürülür, sonra biri həbs edilir. Baş Qərargah rəisi vəzifədən kənarlaşdırılır, hətta adı Müdafiə Nazirliyinin strukturlarından çıxarılır, o da çıxıb gedir Dubayda dənizdə çimməyə. Heç bir rəsmi açıqlama yoxdur. Çaşqınlıq belə yaranır”.

A.Abbas əlavə edib ki, Lökbatanda yol kənarında dəfn olunmuş şəhid ailələri düz bir ay Milli Məclisin önündə, müəyyən müvafiq icra hakimiyyəti orqanlarının, eləcə də Müdafiə Nazirliyinin önündə etiraz piketləri keçirirlər və qələbəmizə sevinməyən müəyyən “Youtube” kanalları bunu çəkir və bəh-bəhlə paylaşır, nədənsə Müdafiə Nazirliyi onlara cavab verə bilmir: “Şəhid ailələrinin istəyi nədir? Övladlarının digər şəhidlər kimi II Fəxri Xiyabanda dəfn olunması. Səsləri eşidilmir. Nəhayət, Möhtərəm Prezident, Ali Baş Komandan bu işə qarışmalı olur və şəhidlərin nəşi II Fəxri Xiyabana köçürülür. Müdafiə Nazirliyi vaxtında özü bunu həyata keçirə bilməzdimi? Çaşqınlıq belə yaranır.

Övladları itkin düşmüş valideynlər Müdafiə Nazirliyinin önünə gəlir, heç bir yetkilinin qəbuluna düşə bilmir. Müharibə ölüm-itim meydanıdı. Övladı itkin düşmüş bir ana mənə də müraciət etmişdi, dəfələrlə telefonla da danışmışam. Ürək-dirək vermişəm ki, bu müharibədi, Allah eləsin, övladınız sağ-salamat qayıdıb gəlsin, şəhid olubsa da məqamı Allahın dərgahındadı.

Yəqin “Youtube” kanallarında görmüsünüz, övladı itkin düşmüş, sonradan şəhid olduğu bilinib nəşi tapılaraq valideynlərinə təhvil veriləndə Ana tabutun önündə oğlunun nəşinin tapılmasına görə sevindiyindən qurban kəsib.

Mən yalnız bu günədək mətbuatda gedənləri yazıram, bildiklərimi yazmıram”.

O qeyd edib ki, savaş möhtəşəm qələbəmizlə bitdikdən sonra «44 günlük müharibə» adlı silsilə məqalələr yazıb və həmin məqalələrdə də həkimlərimizin və tibb işçilərinin cəbhə bölgəsində necə fədakarlıq etdiklərini işıqlandırıb: “Sizin cavab məktubunuzda da qeyd edirsiniz ki, «Millət vəkili dəfələrlə hərbi hissələrimizə, o cümlədən də hərbi tibb müəssisələrimizə baş çəkib, orada yaradılan şəraitlə tanış olduqdan sonra görülmüş müsbət işlər barədə öz razılığını ifadə edib».

Cavabda qeyd edirsiniz ki, «deputatın bu cür qeyri-obyektiv fikirlər səsləndirməsi Vətən müharibəsi dövründə birbaşa döyüş meydanında,düşmənin güllə və mərmisi altında minlərlə yaralı hərbi qulluqçularımıza tibbi yardım göstərməklə onları həyata qaytaran hərbi tibbi personala qarşı hörmətsizlikdir»”.

A.Abbas əlavə edib ki, hər gün onun, eləcə də digər deputatların yanına qazilər şikayətə gəlir: “Amma mən heç vaxt onların şikayətini, narazılığını mətbuata çıxarmıram. Əksinə, könüllərini alıram, izah edirəm ki, müharibə təzə başa çatıb, darıxmayın, hər şey yoluna düşəcək. Reseptlə gəliblərsə də dava-dərmanlarını alıb verirəm. Qulluqlarında da başqa cür nə xidmət göstərirəm, özüm bilirəm.

Məsələn, ucqar rayonların birindən yanıma üç dəfə gələn bir qazi var. Yalnız qoltuq ağaclarının köməyi ilə yeriyə bilir, bədənində qəlpə yaraları, bəzilərini hələ çıxarmaq mümkün olmayıb, danışığını da itirib, çox çətinliklə fikrini çatdıra bilir. Hələ də ordudan tərxis olunmayıb, müharibədən beş ay keçib. Və buna görə də əlillik dərəcəsi ala bilmir.

Sizə onlarla belə fakt saya bilərəm. Qəzetləri izləsəniz yüzlərlə belə fakta rast gələrsiniz”.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"