Elmar Vəliyevin yeni taktikası: "Anlaqsız vəziyyətdədir, heç kimi tanımır"

07 aprel, 2021 11:18

Sabiq nazir Səlim Müslümovun həbsi vəzifədə işləyərkən dövlət əmlakını talan etmiş, rüşvət və korrupsiyaya bulaşmış keçmiş məmurların başı üzərində “qara buludların” dolaşdığını ortaya çıxardı. Səlim Müslümovdan sonra Milli Qəhrəman, sabiq briqada komandiri Rövşən Əkbərovun dəmir barmaqlıqların arxasına göndərilməsi bu kateqoriyaya daxil olan insanlar üçün təhlükənin artdığını göstərdi. Hacıbala  Abutalıbovun “sağ əli” kimi tanınan BŞİH-in keçmiş Aparat rəhbəri Rasim Quliyevin ardınca vaxtilə MTN-də yüksək post tutmuş generallar Mövlam Şıxəliyevin və Nizami Şirinovun həbsi bu prosesin dönməz xarakter aldığını göstərdi.

Azsiyasət.com yenisabah.az-a istinadla xəbər verir ki, müxtəlif dövrlərdə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş şəxslərin məsuliyyətə cəlb olunması bundan sonra da davam edəcək. Mənbələrimizin iddialarına görə, Azərbaycan cəmiyyəti qarşıda daha səs-küylü həbslərə şahidlik edəcək.

Aldığımız məlumatlara görə, taleyilə bağlı ciddi narahatlıq keçirən şəxslərdən biri də Gəncənin sabiq icra başçısı Elmar Vəliyevdir. Elmar Vəliyevin karyerasının başa çatmasıyla nəticələnən məlum güllələnmə olayına dair məhkəmə prosesi yekunlaşsa da, onun öz personası ətrafında başlanmış müzakirələr hələ də davam edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, külli miqdarda sərvət toplamış sabiqlərlə haqq-hesab çəkildiyi bir vaxtda Vəliyev yaxasını kənara çəkə biləcəkmi?

Yaxın ətrafının dediyinə görə, Elmar Vəliyev təhlükənin günbəgün artdığını hiss etdiyi üçün ağlasığmaz üsula əl atıb. Qohumlarının sözlərinə görə, o, sağlıq durumu ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla məşğuldur. Məhz onun öz istəyinə uyğun olaraq, yaxın ətrafındakı insanlar hər yerdə Elmar Vəliyevin anlaqsız vəziyyətdə olduğunu, heç kimi tanlmadığını danışır. Keçmiş icra başçısı bu yolla hüquq-mühafizə orqanlarının diqqətini öz üzərindən yayındıra biləcəyinə ümid edir.

Mənbə sonda onu da deyib ki, əslində Elmar Vəliyevin səhhəti qənaətbəxşdir. O, gözdən-könüldən uzaq bir yerdə, Göygöl rayonunun Dəyirmanlar kəndindəki villasında istirahət edir. Onun bu ünvanı təkcə dincəlmək deyil, həm də kənar şəxslərlə ünsiyyətdən yayınmaq üçün seçdiyi bildirilir.  

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR