Partiya sədrinin müavini komadadır, xanımı isə öldü - FOTO
08 aprel, 2021 11:43
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli komaya düşüb.
Azsiyasət.com xəbər verir ki, bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat paylaşıb.
O bildirib ki, A.İsmayılbəyli koronavirusdan əziyyət çəkir:
“Onun həyat yoldaşı Mərziyyə xanım COVİD-19-dan dünyasını dəyişib. Hazırda Arif bəy özü koronavirusla mübarizə aparır, komadadır”.
Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır.