"Seven star" MTK sakinləri çıxılmaz vəziyyətdə qoyub: "Hər şey monopoliyadı"

09 aprel, 2021 11:09

Azsiyasət.com xəbər verir ki, NGM MTK, Nərimanov rayonu, Əliyar Əliyev küç, 20 ünvanında yerləşən "Seven star" bina kompleksinin sakinləri Bakupost.az-ın redaksiyasına müraciət edib.

Müraciətdə deyilir:

“Bu bina kompleksi pilot layihə olaraq tikilmişdi. Layihə vəd edilən 2 il müddəti əvəzinə 3 ildə təhvil verilmişdi. Gecikmənin əsas səbəbi pandemiya göstərilə bilməz, çünki pandemiya başlamadan əvvəl mənzillərdə əsaslı təmirə hələ də başlanmamışdı. Aşağı keyfiyyətli təmirlə yanaşı, hal-hazırda internet, telefon xətti və kabel televiziyası sahələrində monopoliya mövcuddur. Belə ki, MTK anlaşdığı provayderdən başqa digər heç bir provayderə binaya avadanlıq yerləşdirməyə icazə vermir. Fevral ayında sakinlərin ofisə təqdim olunan yazılı ərizələri də diqqətə alınmayıb və uzun müddətli səylər hələ də müsbət nəticə verməyib. İllərlə sakinlərin ödəniş edərək saxlatdırdığı telefon nömrələri olmasına baxmayaraq, binada “Baktelekom”a icazə verilmədiyi üçün sakinlər MTK-nın anlaşdığı provayderdən yeni nömrə satın almağa məcbur qaldılar.

Rəhbərlik sözdə razılıq versə də, vaxt uzadaraq hələ də görünən addım atmayıb. Distant təhsilə keçid vaxtında məktəbli uşaqları olan sakinlər dərslərə qoşulmağa çətinlik çəkirlər. Monopoliya tək problem deyil. Planda görünməyən, amma bəzi mənzillərə dəhlizdən sahə əlavə edilərək satıldığını müşahidə də etmək olar. Hətta bina altında qarajların hazır olmadığı halda, məhdud sahəyə sahib bina həyətində bəzi sahələrin MTK rəhbərlərinin tapşırığı ilə ancaq özləri üçün ayrıldığını müşahidə etmək olar. Dövlət sifarişli layihədə bu cür özbaşınalığın olması qəbul olunmazdır”.

Məsələ ilə bağlı bakupost.az -a açıqlama verən şirkətin təsisçisi Rahid Bayramov bildirib ki, bu, monopoliya deyil:

“Söhbət ondan gedir ki, hərə istədiyi provayderi dəvət edə bilməz, onda “kaş-malaşa” yaranar. Biz hazırda “Megalink” şirkəti ilə işləyirik, əlavə olaraq “Birlink” və “Sitinet”i də dəvət etmişik, onlardan biri ilə də anlaşacağıq”.

Bəzi mənzillərə dəhlizdən sahə əlavə edilərək satıldığı ilə bağlı deyilənlərə gəldikdə isə R.Bayramov bu mövzuda danışmaq istəməyib:

“Mən sistem altındayam, gəlin şirkətə hüquqşünasla danışın, mən mütəxəssis deyiləm”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR