Azərbaycanın ən faciəli məktəbi: Uzunluğu 5, eni 3 metr olan daxma - VİDEO

09 aprel, 2021 15:03

Lerik rayonunun Dico kəndində yerləşən ibtidai məktəb binasının acınacaqlı vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə videogörüntülər paylaşılıb. Əslində təhsil müəssisəsindən çəkilmiş görüntülərə baxdıqdan sonra ora məktəb deməkdə çətinlik çəkirik.

Azsiyasət.com xəbər verir ki, uzunluğu 5, eni isə 3 metr olan məktəbdə şagirdlərin təhsil alması üçün heç bir şərait yoxdur. Bu səbəbdən kənddəki qız uşaqları təhsil ala bilmirlər. Belə ki, şagirdlər burada 4-cü sinfə qədər təhsil aldıqdan sonra digər kəndə - 8 km uzaqlıqda yerləşən məktəbə köçürülür. Oğlan uşaqları həmin kənd məktəbində 11-ci sinfədək təhsillərini davam etdirsə də, qızlar məsafə uzaq olduğundan bundan məhrum qalırlar. Çünki deyilənə görə, uzaqlıqda yerləşən məktəbə dağ yolu ilə gedilir və bu yol qışda qar, çovğun olduqda gedilməz olur. Eyni zamanda ətrafda vəhşi heyvanların, canavarların olduğu bildirilir. O səbəbdən şagirdlər məcburən bu daxma tipli məktəbdəki ibtidai təhsillə kifayətlənirlər.

Qeyd edək ki, sözügedən müəssisədən həm də seçki məntəqəsi kimi istifadə olunur. Bu da onu deməyə əsas verir ki, ən azından həmin məntəqədən deputatlığa namizəd olmuş şəxslər bu acınacaqlı vəziyyəti görüblər. Buna baxmayaraq, məktəb Azərbaycanın ən faciəli təhsil müəssisəsi olaraq qalır.

Məlumat üçün bildirək ki, Dico kənd məktəbində təhsil almış xeyli sayda şagird Vətən müharibəsində iştirak edib. Kənddə yerləşən 13 evin hər birindən Qarabağda döyüşən oğullar olub.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR