Vətən Müharibəsi Qəhrəmanı Prezidentə SÖZ VERDİ

12 aprel, 2021 21:38

"Bu gün mən və döyüşçü yoldaşlarım həyatımızın ən xoşbəxt, qürurlu anlarını yaşayırıq. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi rəşadətli, qalib Azərbaycan Ordusunun əsgəri, zabiti olmaq həqiqətən də qürurvericidir. “Dəmir yumruq” əməliyyatı ilə başlayan Vətən müharibəsində biz qalib gəldik. Bu Qələbə dövlətimizin və ordumuzun qələbəsidir. Bu Qələbə xalqımızın birliyinin, vətənpərvərliyinin, həmrəyliyinin qələbəsidir. Bu Qələbə, cənab Prezident, şəxsən Sizin, Müzəffər Ali Baş Komandanımızın qələbəsidir".

Azsiyasət.com xəbər verir ki, bunu Vətən Müharibəsi Qəhrəmanı, mayor Gündüz Səfərli deyib.

Hərbi Qənimətlər Parkının açılışından sonra Prezident İlham Əliyevlə hərbçilərin görüşü zamanı çıxış edən zabitimiz, Aprel döyüşlərini də yada salıb:

"Yaxşı yadımdadır, Aprel döyüşlərindən sonra Lələtəpə döyüşçüləri ilə görüşdə bir daha Ermənistanın hərbi-siyasi rəhbərliyinə xəbərdarlıq etmişdiniz ki, Ermənistan silahlı qüvvələri Aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, Lələtəpə əməliyyatı təkrarlana bilər. Lakin Ermənistan riyakar, məkrli, hiyləgər niyyətindən, əməlindən yenə də əl çəkmədi. Odur ki, Azərbaycan işğal edilmiş tarixi torpaqlarımızın azad edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpa olunması üçün “Dəmir yumruq” əməliyyatı ilə Vətən müharibəsinə qalxdı.

Cənab Ali Baş Komandan biz döyüşlərə qələbə əzmi, böyük ruh yüksəkliyi ilə gedirdik. Yaxşı bilirdik ki, böyük Zəfər hər birimizin iradəsindən, şücaətindən, qəhrəmanlığından çox asılıdır. Bizi döyüşdən-döyüşə aparan Heydər Əliyev ənənələrinə sadiqliyimiz, Müzəffər Ali Baş Komandanın qətiyyəti, mübarizliyi, Vətənimizə olan böyük sevgimiz ümumxalq şüarına çevrilmiş “Qarabağ Azərbaycandır!” sözləri və arxamızda dağ kimi dayanmış qədirbilən xalqımızın birliyidir. Yaxşı bilirdik ki, döyüşlərdə şəhid olsaq, intiqamımız alınacaq, qanımız yerdə qalmayacaq, ailələrimiz dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacaq. Bu diqqət və qayğıya görə bir daha Sizə minnətdarıq, cənab Prezident.

Məni yüksək fəxri ada – “Vətən müharibəsi qəhrəmanı” adına layiq görmüsünüz. Bu, böyük etimad, eləcə də böyük məsuliyyətdir. Bir daha qarşınızda söz verib, and içirəm ki, indən sonra da ulu öndər Heydər Əliyevin ənənələrinə sadiq olacaq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətənimə, dövlətimə, xalqıma sədaqətlə xidmət edəcəyəm".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR