Övladı olmadı, Azərbaycanı tərk etdi, gözləri tutuldu... - Kinomuzun Humayı hardadır?

14 aprel, 2021 00:37

Aktrisa Zemfira İsmayılova haqqında maraqlı faktları təqdim edirik.

Səməd Vurğunun “Komsomol poeması” əsasında çəkilmiş “Yeddi oğul istərəm” filmində Gəray bəyin qızı Humayı canlandıran aktrisa Zemfira İsmayılova daha çox bu obrazla tanınıb və sevilib.

Aktrisanın kinoya ilk gəlişi “Dəli Kür” filmi ilə olub. Zemfira İsmayılova bu filmdə “Pakizə” rolunu canlandırıb. Sonralar “Sevil”də Gülüş, “Ən vacib müsahibə”də neftçi, “Gilas ağacı”nda Sadıqın anası, “Həyat, sən kiminsən?”də Məleykə, “Bizim küçənin oğlanları”nda Gülyaz, “İşgüzar səfər”da Roza kimi müxtəlif səpkili rolları ifa edib.

Təəssüf ki, Zemfira İsmayılovanın həyatı təvəllüd tarixi ilə bağlı heç bir məlumat yoxdur. Lakin deyilənlərə görə, aktrisa Bakıda dünyaya gəlib, burada təhsil alıb.

Zemfira İsmayılova uzun müddət kino sahəsində fəaliyyət göstərsə də, ailə qurduqdan sonra, həyat yoldaşının təkidi ilə sənətdən uzaqlaşıb. Səhnədən uzaqlaşması ilə o, bütün sənət yoldaşlarından, ictimaiyyətdən də uzaqlaşıb. Çünki aktrisanın kinodan sonrakı həyatı haqqında demək olar ki, kimsə hər hansı bilgiyə sahib deyil.

“Yeddi oğul istərəm” filmində Humayın sevgilisi olmuş Cəlal obrazının ifaçısı, Azərbaycanın xalq artisti Ənvər Həsənov Zemfira İsmayılova haqqında deyir:

“Mən kinostudiyada çalışanda Zemfira xanım hələ cavan idi, bizdə redaktor işləyirdi. Həmin o illər ərzində Zemfira ilə dostluğumuz yarandı. Bizim dostluğumuza söz ola bilməzdi, hər kəs münasibətimizə pərəstiş edirdi. Onun Musabəyov küçəsində bir otaqlı evi var idi. Biz tez-tez həmin evdə yığışıb söhbətləşərdik, filmləri müzakirə edərdik. Zemfiranın ailəsi haqqında isə heç nə bilmirdik, çünki heç özü də bu mövzuda danışmağı sevmirdi. Onu tanıyandan tək görmüşəm, tək də yaşayıb. Amma qonaqpərvərliyinə söz ola bilməzdi. Çayı, kofesi, bir də dadlı tortu süfrədən heç əskik olmazdı. O, hamını özünə yaxın buraxmazdı, amma sevdiyi adamları da həqiqətən sevirdi. Onun pərəstişkarları, arxasıyca gəlib-gedənlər də az deyildi. Çünki çox gözəl xanım idi. İlk dəfə “Yeddi oğul istərəm” filmində tərəf müqabili olduq. Bu filmdən sonra Zemfira xanım kino aləmindən uzaqlaşdı. Film yayımlanandan sonra da 1, ya 2 dəfə görüşə bildik. Bir də xəbər tutdum ki, Moskvaya gedib. Elə ondan sonra da əlaqələrimiz tamamilə kəsildi. Amma o, həmişə mənim ürəyimdədir…”Kinostudiyada kursun işi dayanandan sonra Zemfira İsmayılova Moskvaya gedib Qorki adına Ədəbiyyat İnstitutunda poliqrafiya üzrə təhsil alır. 20 il orada yaşayır, sonra yenidən Azərbaycana qayıdıb “İşıq” nəşriyyatında işləyir. O dövrün kitablarının bir çoxunun redaktə olunmasında onun böyük olub. Lakin çox təəssüf olsun ki, poliqrafiya sahəsi onu kinodan tamamilə uzaqlaşdırır.

Zemfira xanım kitab oxumağı çox sevirmiş. Dostları xatırlayır ki, onun evinin iki otağı kitabla dolu olub. Çoxları onu aktrisalıqdan əlavə həm də jurnalist kimi tanıyır.

Bəzi mənbələrə görə, aktrisanın atasının adı Aleksey olduğu üçün onu başqa millətə aid edirlər. Amma Zemfira əsl azərbaycanlı olub, atasının isə əsl adı Əli idi.

Deyilənrə görə, aktrisa heç vaxt hansısa rola iddia irəli sürməyib. Ona hansı filmdə, hansı rol deyilsə, razılaşıb, ifa edib.

Xalq artisti, kinorejissor Əbdül Mahmudov da Zemfira İsmayılova ilə yaxın dost olub. O, müsahibəsində xatırlayır:

“Zemfira İsmayılova qısa müddətdə çox sürətlə filmlərə çəkilməyə, uğur qazanmağa başladı. Həqiqətən də o çox şirindilli, istiqanlı qız idi. Zarafatı, deyib-gülməyi də çox sevirdi. Boşuna ona “Güləyən qız” adını qoymamışdıq. Ən adi zarafata belə ürəkdən gülürdü. Bəzən iş rejimi çətin olurdu, yorğun olurduq. Elə olanda Zemfiranı danışdırıb güldürürdük, inanın bütün kollektivin kefini aça bilirdi.

Aktrisa kino sahəsində çox az müddət olsa da, çalışdığı müddətdə müxtəlif mükafatlar da alıb. Deyilənlərə görə çox təmizkar, özünə baxımlı və mehriban qadın olub. “Yeddi oğul istərəm” filmindəki Humay obrazı ilə böyük populyarlıq qazansa da, qətiyyən qürrələnmir. Hətta film çəkilişləri zamanı lazım olanda kollektivdə hamıya çay süzüb qulluq da edirmiş.

Milyonçu-xeyriyyəçi Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyeva ilə Zemfira xanım yaxın rəfiqə olublar. Onun sözlərinə görə Zemfira İsmayılova hazırda sağdır. Gözləri tutulan aktrisa anası ilə birgə İsrailə köçüb və orada bacısının yanında yaşayır:

"Hazırda Zemfira İsmayılova İsraildə yaşayır. Onunla çox yaxın rəfiqə olmuşuq. İki ildir ki, onunla əlaqəm yoxdur. Ora gedəndən bir dəfə telefonla danışdıq, amma sonra nə qədər zəng etdimsə, mənə cavab vermədi. Lakin bilirəm ki, sağdır, yaşayır. Orda bacısı və anası ilə qalır, özünün ailəsi yoxdur. Cavan yaşlarında bir dəfə ailə qurdu, o da çox çəkmədi, boşandı. Sonra daha ailə qurmaq istəmədi”.

Kulis.az

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR