Abel Məhərrəmovu məhkəməyə verdilər: "Pulumuzu ala bilmirik"
19 aprel, 2021 15:45
Bu gün Yasamal Rayon Məhkəməsində hakim Vahid Hacıyevin sədrliyi ilə Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov və BDU-nun keçmiş prorektoru Nəbi Ramazanlıya qarşı mülki iddia ilə bağlı hazırlıq iclası olacaq. İddiaçı İsmixan Mirzəyevdir.
Azsiyasət.com turan.az-a istinadla xəbər verir ki, elektron məhkəmə portalında mülki iddianın predmeti kimi öhdəliklər üzrə mübahisə göstərilir.
"Neçə illərdir mebel işlərini görmüşük, lakin indiyədək pulumuzu ala bilmirik”, - iddiaçı tərəf bildirib.