"Onlar Zəngəzur dəhlizi deyir, bizim də Naxçıvan dəhlizimiz olacaq" - Paşinyan

20 aprel, 2021 11:07

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftəsonu Vayotszor vilayətinə səfəri zamanı regionda nəqliyyat yollarının açılması məsələsinə də toxunub.

Bu, 2020-ci ilin 9 noybarında imzalanmış Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli bəyanatının bəndlərindən birində nəzərdə tutulub.

Paşinyan habelə Azərbaycan tərəfinin Zəngəzur adlandırdığı Syunik vilayətindən keçəcək nəqliyyat dəhlizi barədə Bakının bəyanatlarından bəhs edib:

“Azərbaycan daim Zəngəzur dəhlizindən bəhs edir. Bizsə deyirik ki, imzalanmış birgə sənəddə “Syunik”, “Zəngəzur”, “Meğri” və yaxud “dəhliz” sözləri yoxdur. Onlar daim deyilər ki, “bizim Zəngəzur dəhlizimiz olacaq”. Deyirlər, qoy desinlər. Deməli bizim də Naxçıvan dəhlizimiz olacaq”.

Ermənistan hökumətinin başçısı regionda nəqliyyat yollarının açılmasının Ermənistana verəcəyi faydalardan da söz açıb:

“...Yəni biz onlara yol əvəzinə yol verəcəyik. Heç təsəvvür edirsinizmi ki, bizim İran İslam Respublikası və Rusiya Federasiyası ilə dəmir yolu bağlantımız olsa, Ermənistan iqtisadiyyatı hansı dəyişikliklərə məruz qalacaq? Bu, bizim ən vacib vəzifəmizdir. Bundan sonra Ermənistanın öz böyük sərvətindən istifadə etmək imkanı yaranacaq”.

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 14-də parlamentdə etdiyi çıxış ətrafında ehtiraslar səngimək bilmir.

Aprelin 19-da Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Erməni Milli Konqresi (EMK) partiyasının sədr müavini Levon Zurabyan Paşinyanın çıxışına münasibət bildirib.

Paşinyan iddia etmişdi ki, 2018-ci ilin iyulunda yer almış görüş zamanı Ter-Petrosyan ona “sən artıq torpaqları qaytarmalısan” məsləhətini verib.

Azatutyun TV-yə müsahibəsində Zurabyan Paşinyanı “yalançılqıda” ittiham edib. O bildirib ki, baş nazirin yalan danışmaq xasiyyəti artıq “milli təhlükəsizlik məsələsinə” çevrilib.

Levon Ter-Petrosyan (solda) və Nikol Paşinyan 2011-ci ildə Yerevanın Azadlıq meydanında Zurabyan Paşinyanı dediklərini sübut etməyə çağırıb. Zurabyan israrla bildirib ki, Paşinyan və Ter-Petrosyan arasında belə bir söhbət olmayıb:

“Ter-Petrosyanın Qarabağ məsələsində mövqeyinə gəlincə, bu mövqe xalqa 1990-cı illərdən məlumdur. Bu mövqe heç vaxt dəyişməyib. 1997-ci ildə Ter-Petrosyan özünün məlum planını təklif etmişdi. Dəqiq desək, o özünün məlum qəzet məqaləsində Qarabağ probleminin necə həll olunmasına dair öz təsəvvürünü açıqlamışdı və qeyd etmişdi ki, bu qərar indi, bizim güclü mövqedən çıxış etdiyimiz vaxt qəbul edilməlidir. O yazırdı ki, biz bunu etməsək, illər sonra, gələcəkdə Azərbaycan Ermənistandan dəfələrlə güclü olacaq. Ter-Petrosyan yazırdı ki, bugün bizim əldə edə biləcəyimizi, gələcəkdə xahiş edəcəyik, amma ala bilməyəcəyik.”

Levon Zurabyan əlavə edib ki, birinci prezident bu mövqeyini 2017-ci ilin parlament seçkisi zamanı da açıqlamışdı:

“Onda biz sadəcə olaraq xəbərdarlıq edirdik. Ter-Petrosyan da bütün erməni xalqına xəbərdarlıq edirdi: İndi elə situasiya yaranıb ki, biz sülhə getməsək, bizi bütün ağır nəticələri ilə fəlakətli müharibə gözləyir”.

Azadliq.org

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR