"Qərbin bizə vermədiyi silahları Belarusdan aldıq" - Deputat

20 aprel, 2021 22:53

Qüdrət Həsənquliyev: “Nə qədər qərəzli, yaxud dayaz düşüncəli olmaq lazımdır ki,  belə bir ağır ittihamla çıxış edəsən?”

“Azərbaycan Rusiya ilə daha yüksək səviyyədə əməkdaşlıq etməlidir, ümumiyyətlə, biz  MDB çərçivəsində daha aktiv olmalıyıq”.

Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev bu fikirləri musavat.com-a açıqlamasında bildirdi. Millət vəkilinin sözlərinə görə, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan türk dövlətləri və Belarusla sıx əməkdaşlıq etməliyik: 

“Bu günlərdə bir partiya sədrinin çıxışına qulaq asdım. Belarus prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşünü “qatillər qrupuna üzv olmaq istəyi” kimi təqdim edir. Nə qədər qərəzli, yaxud dayaz düşüncəli olmaq lazımdır ki,  belə bir ağır ittihamla çıxış edəsən?” Q.Həsənquliyv hesab edir ki, Belarusun daxilində baş verənlər bu ölkənin daxili işidir: “Əlbəttə, biz istərdik Belarus çox demokratik bir ölkə olsun. Amma gəlin baxaq, bu gün dünyada demokratiyanı təbliğ edən ABŞ krallıq üsul-idarəsinin olduğu Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri ilə çox gözəl əlaqələr qurub, müttəfiqdirlər, ən müasir silahları onlara satır. Bizə isə - işğala məruz qalmış ölkəyə - sanksiya tətbiq edib, problemin ərazi bütövlüyü çərçivəsində həlli barədə mövqe də sərgiləmirlər”. 

Deputat vacib bir xatırlatma etdi: 

“Azərbaycan ona Qərbin vermədiyi silahları, raketləri  Belarusdan aldığı halda, niyə bu ölkə ilə münasibətləri pozmalıyıq? Bu, hansı sağlam məntiqə sığır? Bu insanlar özlərini necə peşəkar siyasətçi sayırlar? Onu demək istəyirəm ki, müəyyən dairələr tərəfindən Azərbaycan-Rusiya, Azərbaycan-Belarus münasibətlərini korlamaq istəyən  insanlar var. Bizim Ukrayna ilə də gözəl münasibətimiz mövcuddur, baxmayaraq ki, Kiyevlə Moskva az qala müharibə vəziyyətindədir, Belarusla da. Hesab edirəm ki, bu, belə də olmalıdır. Ukraynanın ərazi bütövlüyünü müdafiə edirik. Amma Ukrayna Qarabağ məsələsində bizə hansı dəstəyi veribsə, biz də ona ərazi bütövlüyü məsələsində o dəstəyi veririk”. Q.Həsənquliyev qeyd etdi ki, əvvəla, bizim Rusiya və digər ölkələrlə əməkdaşlığımız Qərbə qarşı yönəlməyib: “İkincisi, Azərbaycanı “qatillər qrupu”na üzv olmaqda ittiham edən insanlar bir fikirləşirlərmi ki, nə danışırlar? Deyək ki, sən Rusiya ilə münasibətləri poz, səni kim müdafiə edəcək? Qərbmi müdafiə edəcək? Qərb yazılı öhdəlik götürdüyü Ukraynanı müdafiə etdimi? Ukrayna nüvə arsenalına görə dünyada üçüncü dövlət idi. Rusiya, ABŞ-dan sonra Çin, Britaniya, Fransadan da daha çox nüvə başlığına, ballistik raketlərə malik bir dövlət idi. Ukraynanı günün günorta çağı, gözlərinin içinə baxa-baxa aldatdılar, nüvə silahlarını əlindən aldılar, sonra da onu müdafiəsiz qoydular.  Üçüncüsü, heç olmasa, Qərb deyir ki, Ukrayna, Gürcüstan, Moldovadakı münaqişələr bu dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağla bağlı bir dəfə biz bu sözü eşitdikmi? Onda bu insanlar hansı ağlın sahibidirlər ki, deyirlər Azərbaycan “qatillər qrupu”nun üzvü olmaq istəyir?”

BAXCP sədri digər bir məsələyə də diqqət çəkdi: 

“Bizdə ekstremizmə yuvarlanmış, ayrı-ayrı xarici dairələr tərəfindən idarə olunan Qərb ölkələrində sığınacaq tapmış, müliyyələşdirilən insanlar var, bütün günü Rusiya-Azərbaycan münasibətlərini korlamağa çalışırlar. Düşünürəm ki, biz buna imkan verməməliyik.  Əlbəttə, Rusiyanın Azərbaycana qarşı yönələn hansısa addımı olacaqsa, biz onu tənqid etməliyik.  Amma bu, elə çərçivədə və elə həddə olmalıdır ki, bizim strateji tərəfdaşlıq münasibətlərimizi korlamasın və pozmasın”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR