"Səfər Əbiyevin vaxtında oğlumu itirdim, hələ də şəhid statusu verilmir" - FOTO

21 aprel, 2021 10:43

16 il öncə, müdafiə naziri vəzifəsini Səfər Əbiyev icra edərkən Qarabağ uğrunda döyüşlərdə şəhid olan Elçin Bayramovun ailəsi hələ də övladlarının şəhidlik statusunu əldə edə bilmir. 

Şəhidin atası, Biləsuvar rayon sakini Bayram Bayramov qafqazinfo.az-a müraciət edərək bildirib ki, oğlu Elçin Bayramov 2005-ci ildə hərbi xidmətə gedib və Tərtər rayonu ərazisində xidmət edib:

“2006-cı il martın 3-də Prezident İlham Əliyev həmin hərbi hissəyə baş çəkərkən yaxşı xidmətinə görə oğluma, Elçin Bayramova qol saatı hədiyyə etmişdi. Bundan bir müddət sonra ermənilər bizim səngərə hücum edib, düşmən geri oturdulub. Amma həmin döyüşdə oğlum çoxlu qan itirərək şəhid olub. Hadisədən sonra Prezident İlham Əliyev televiziya vasitəsilə çıxış edərək bir neçə gün öncə mükafatlandırdığı əsgərin şəhid olduğunu deyərək bizə başsağlığı verdi.

Lakin bu günə qədər Səfərbərlik Xidməti oğluma şəhidlik statusu üçün müvafiq sənədin verilməsindən imtina edir”.

B.Bayramov əladə edib ki, övladı sabiq nazir Səfər Əbiyevin vaxtında həlak olub və ona şəhidlik statusunun verilməsi üçün Müdafiə Nazirliyinə də sorğu göndəriblər.

MN-dən rəsmi olaraq B.Bayramova cavab məktubu göndərilib. Məktubda qeyd edilib ki, onun oğlu Elçin Bayramov 2005-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətin Biləsuvar rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb: “2006-cı il martın 18-da hərbi hissənin döyüş möqeyi tapşırığını yerinə yetirərkən saat 06:00 radələrində düşmən tərəfindən atılan güllə nəticəsində “Sağ budun dəlib keçən, sağ dirsəyin toxunub keçən güllə yaralanması” xəsarətlərindən hadisə yerində vəfat edib”.

E.Bayramovun xidmət etdiyi hərbi hissənin komandiri də bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətin Biləsuvar rayon şöbəsinə məlumat verildiyini bildirib. 

Hərbi ekspert Ədalət Verdiyev sözügedən ailənin övladına şəhidlik statusu ala bilməməsi məsələsiylə bağlı çıxış yolunu göstərib.

O, açıqlamasında bildirib ki, problemin yeganə həll yolu məhkəməyə müraciət etməkdir:

"Nə üçün bu ailə 16 il müddətində məhkəməyə müraciət etməyib? Azərbaycanda bu cür hallar onlarladır. Ata sadəcə məhkəməyə müraciət edərək bildirəcək ki, oğlunu əsgərliyə sağ-salamat göndərib. Daha sonra Müdafiə Nazirliyindən aldığı məktubu göstərəcək. Bildirişdə vəfat etmə o zaman yazılır ki, əsgərin məsələn, ürəyi tutur və dünyasını dəyişir. Ancaq düşmən gülləsindən vəfat edirsə bu artıq şəhidlik hesab edilir. Əvvəlcə rayon, sonra şəhər məhkəmələrinə müraciət edirsən. Məhkəmələrin qətnamələrindən narazı olduğun halda Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmə hüququ yaranır. Avropa İnsan Haqlarına Məhkəməsinə müraciət etmək çox da böyük vəsait tələb etmir. Ora getməyə də ehtiyac yoxdur, məhkəmələr hazırda online keçirilir. Tərcümə işlərinə də gərək qalmır. Bizim qanunlarımız Avropa qanunlarından üstün ola bilməz. Avropa qanunlarında yazılıb ki, xidmətdə olan zaman əsgər həlak olubsa, şəhid hesab edilir. Ata oğluyla bağlı olanları fakt kimi yerli məhkəmələrin qarşısında qaldırsın. Faktlar doğrudursa, o, məhkəməni mütləq qazanacaq. Bu məsələnin məhkəmədən başqa həll yolu yoxdur".

Xatırladaq ki, S. Əbiyev 1995-2013-cü illərdə Azərbaycanın müdafiə naziri olub. 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI