"İcra başçısının qardaşı korrupsiya şəbəkəsi yaradıb" - Şilyan kəndinin sakinləri susuzluqdan əziyyət çəkir

21 aprel, 2021 16:33

Ucar rayonu Şilyan kənd sakinləri Əhmədov Behbud Abbas oğlu və Əhmədov Yaşar Bəhlul oğlunun adından Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılova ünvanlanmış məktubda Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovdan şikayət olunur.

Bir nüsxəsi də Azpolitika.info”-ya göndərilən məktubda M.Məmmədovun özbaşınalığı ucbatından kəndin əkin sahələrinin susuz qaldığı iddia edilir: “Ucar rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovun qardaşı, Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuzluqla, özbaşınalıqla məşğul olur ki, nəticədə də biz kənd sakinləri susuzluqdan əziyyət çəkirik, həyatımız məhv olur. Yuxarı Şilyan kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Payızda əkdiyimiz əkini hələ də suvara bilməmişik. Çünki Müşfiq Məmmədov suyu pulla satır. Biz vaxtında su pulunu veririk. Ancaq Müşfiq Məmmədovun yaratdığı “bazar”ın özəl qiymətlərini ödəməyə pulumuz olmadığı üçün su üzünə həsrət qalmışıq. Rayon ərazisində çəltik əkənlər hər hektar üçün Müşfiq Məmmədova 500 manat pul ödəyir deyə onlar daim su ilə təmin olunurlar.”

Sakinlər iddia edirlər ki, M.Məmmədov rayonda korrupsiya şəbəkəsi yaradıb: 

“Taxılın suvarılması üçün hər hektara 15 manat pul ödəməlisən. Yuxarı Şilyan kəndində minlərlə hektar əkin altında torpaq sahəsi var. Bu minvalla Müşfiq Məmmədovun taladığı pullar külli miqdardadır. Yuxarı Şilyan kənd icra nümayəndəsi Sabir Hacıyev və bələdiyyə sədri Vilayət Məmmədov isə kəndin bu problemləri ilə qətiyyən maraqlanmırlar. Ucar rayon İcra başçısı Mənsur Məmmədovun qardaşı olan Müşfiq Məmmədovun yaratdığı korrupsiya şəbəkəsinin əməlləri nəticəsində əkinlərimiz məhv olur.”

Sonda Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılova müraciət edən sakinlər şikayətlərinin araşdırılmasını və müvafiq tədbirlər görülməsini xahiş edirlər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR