Zirəddindən dəhşətli proqnozlar...

22 aprel, 2021 01:14

Günlərin bir günü insanlara deyəcəklər ki, koronavirusun həll yolunu tapmışıq. Maska taxmayacaqsız, test verməyəcəksiz, azad olacaqsız, pul xərcləməyəcəksiz, pandemiyadan çıxacağıq. Amma bir şərtlə: sizə çip yerləşdirilməlidir.

Niyə? Deyəcəklər, bu da sizin sırf sağlamlığınız və qorunmağınız üçündür. Sizin fiziki sağlamlığınızı, qanınızı yoxlayacaq. Sizi testdən, koronavirusdan qurtaracaq. Tam azad, müstəqil olacaqsız.

Azsiyasət.com medicina.az-a istinadən xəbər verir ki, bunu Moskvada yaşayan məşhur ekstrasens, parapsixoloq Zirəddin Rzayev son açıqlamasında bildirib.

O, öncəgörmə ilə ona ayan olan məqamları bölüşərək, dəhşətli proqnozlar verib.

“Tarix boyu həmişə dünyanı idarə etmək arzusunda olan insanlar, qüvvələr olub. Makedoniyalı İsgəndər, fironlar, Çingiz xan, Osmanlı imperiyası və s.

İndi çox ölkələr var: Avropa, Amerika, Rusiya, Çin. Hər dövlətin özünün milli təhlükəsizlik sistemi var.

Əgər insanları çipləşdirsələr, onunla beyinə təsir edəcəklər. Məsələn, bütün insanlar bir adama səs verəcək. Və hakimiyyət bir əldə cəmləşəcək, tək dövlət olacaq. Prezidentlər qubernatorlar kimi olacaq.

Elə görünəcək ki, hər ölkə müstəqildir, rəhbəri var. Əslində isə onların hamısının bir rəhbəri, bir prezidenti olacaq. Hamı onun əmrlərinə tabe ediləcək.

Mən sizə sirləri açıram, bir öncəgörücü kimi bunları görürəm. Hələ bu informasiyanın az hissəsidir.

Hazırda insanları çipləşdirmək üzərində iş gedir, təzyiqlər var ki, dünyanı bir ələ təslim etsinlər. Hər kəs onu qəbul etsin. O insan özünü Allah kimi elan edəcək.

Hələ bilinmir bu plan baş tutacaq, ya yox. Mən dua edirəm ki, bu baş tutmasın.

Koronavirus pandemiyası ona hesablanıb, bütün bunlar ona görədir ki, insanların beyni ələ keçirilsin, hər kəs çipləşdirilsin və bütün hakimiyyət bir əldə, bir dövlətdə olsun.

Bu elə şəkildə baş verəcək ki, biz heç nə hiss etməyəcəyik.

Hazırda bəhs etdiyim gizli təşkilatlar yeni, gizli bir texnika, avadanlıq da kəşf ediblər. Bu “yalan detektoru” kimidir. İnsanların beynindən keçən fikirləri oxuyacaq, bu cihaz beyni proqramlaşdıracaq, özünə lazım olan fikirləri yazacaq. Biz onların istədiyi kimi düşünəcəyik, onların istədiyi qərarları dəstəkləyəcəyik.

Biz elə biləcəyik ki, özümüz belə düşünürük. İnsanların söz və fikir azadlığı olmayacaq. Biz canlı robotlar kimi olacağıq.

İndidən deyirlər, hər il COVİD-19 vaksini vurdurmalıyıq, hər il bu təkrarlanmalıdır. Başa düşürsüz bu nədir?

İnsanlar o qədər bunlardan yorulub, bezəcək ki, kim onlara desə ki, maska da olmayacaq, peyvənd də, test də, karantin də, sadəcə bircə bu çip olsun. İnsanlar könüllü gedəcək ki, təki bu əzablar bitsin.

Odur ki, ümidimiz Yaradanadır. Qoy onun istədiyi olsun, gizli, dünyaya hökmranlıq arzusunda olanların planları puç olsun”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR