"Səviyyəsiz mahnılara görə TV-lərə müraciət edəndə deyirlər ki, bizə reytinq gətirir, biz belə pul qazanırıq" - Firəngiz Əlizadə

22 aprel, 2021 01:25

“Bizim əsasnaməmizdə birinci şərt odur ki, sənin bəstəkarlıq diplomun olmalıdır. Bu çox sadə bir şərtdir. Mahnı yazan insana deyə bilmərik ki, yazma, yazırsa daha yaxşı. Amma bir mahnı yazmağla bəstəkar olmurlar. Bəstəkarlıq diplomu olmayan sənətçini ittifaqımıza üzv edə bilmərik”

Azsiyasət.com xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə deyib. Sənətkar pandemiyanın musiqi sənətimizə gətirdiyi fəsadlardan da danışıb.

“Artıq ikinci ildir ki, İpək yolu festivalı keçirilmir. Bu il də yəqin ki, keçirilməyəcək, hələ ki, bizə yekun bir cavab deyilməyib. Çünki festivala hazırlıq hər il dekabr-yanvar ayından başlayırdı. Amma zoom vasitəsilə bu festivalı keçirməyə biz hazırıq. Bizim digər ölkənin mədəniyyət xadimləri ilə əlaqələrimiz də var, bilirsiz ki, hər il həmin incəsənət xadimləri bu festivala görə Azərbaycana, Şəkiyə gəlirdilər. Biz hər il bu festivala teatr tamaşalarını aparırdıq, indi axı teatrlarımızın da fəaliyyəti yoxdur. Teatrlar işləmir, orkestrlar fəaliyyətsiz qalıb. Deyirlər ki, Şəkidə də vəziyyət ürəkaçan deyil, mən əlaqə saxlayıram, orada yoluxma sayı çoxdur. Bu pandemiya musiqimizə böyük zərbə vurdu, biz də müxtəlif yollar axtarırıq ki, fəaliyyətimizi saxlamayaq. Hər ay bizim ittifaqda “Nizami və musiqi” adlı konfranslarımız keçirilir”- deyə ittifaq sədri bildirib.

Firəngiz Əlizadə son illərdə meydan sulayan zövqsüz mahnılardan da danışıb.

“Mənə elə gəlir ki, burada televiziya kanallarının da, kütləvi informasiya vasitələrinin də üzərinə böyük məsuliyyət düşür. Bəzən görürük ki, efirdə həddən ziyadə bərbad mahnılar səslənir, musiqilər yazılır. Biz də öz növbəmizdə televiziyalara məktublar yazıb, etirazımızı bildiririk. Biz elə bir zəmanədə yaşamırıq ki, mütləq şəkildə zövqsüz mahnılara qulaq asaq! Bu mahnıları 5-6 nəfər disk alıb evində dinləyə bilər, amma 10 milyonluq xalqımıza belə mahnılar lazım deyil. Təbii ki, zövqlər müxtəlifdir. Düzdür, indi insanlar ruhdan düşüb, pandemiyadır, onların əhval-ruhiyyəsini qaldırmaq lazımdır. Amma səviyyəli mahnılarla. Televiziya kanalları bu işlərlə ciddi məşğul olmalıdır. Səviyyədən kənar mahnılara görə televiziya kanallarına müraciət edəndə deyirlər ki, bizə reytinq gətirir, biz belə pul qazanırıq. Çox müxtəlif cavablar alırıq. Hətta etiraz edəndə biri mənə dedi ki, bizim əmək haqqımızı siz verəcəksiniz? Mən bu cavaba çox üzüldüm, yaxşı ki, o insanı artıq vəzifəsindən azad etdilər. Hər şeyi pula, maddiyata bağlamaq da düzgün deyil. Azərbaycan xalqı musiqidə çox istedadlıdır, çox az xalqlar var ki, musiqi duyumu var. Ona görə də musiqimizi qorumaq lazımdır” deyə Firəngiz Əlizadə bildirib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR