YPX əməkdaşlarından daha bir özbaşınalıq - "Sürücülərdən 20 manatdan pul yığır" - FOTOLAR

22 aprel, 2021 10:16

Yol polisi əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı sosial şəbəkələrdə demək olar ki, hər gün müxtəlif məlumatlar yayılır. Belə məlumatlardan birini Rafael Bayramov adlı Facebook istifadəçisi paylaşaraq, YPX tərəfindən qanunsuzluğa məruz qaldığını bildirib.

O, Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edərək YPX əməkdaşının cəzalandırılmasını istəyir. 

Azsiyasət.com vətəndaş R.Bayramovun YPX-nin özbaşına hərəkətləri ilə bağlı paylaşımını olduğu kimi təqdim edir: 

"Azərbaycan Respublikası Daxili işlər naziri Cənab Vilayət Eyvazova müraciət:

Yazıb sizə bildirmək istəyirəm ki, idarə etdiyim "Ravon nexia" markalı 90 PL 712 dövlət qeydiyyat nişanlı avtomobillə 20.04.2021 ci il tarixdə saat 12:25 radələrində Qaradağ rayonu ərazisində Lökbatan yolu ilə Qaradağ RPİ-dən üzü Lökbatan istiqamətinə hərəkət edərkən qarşı tərəfdən əks istiqamətdə hərəkət edən 99 YP 258 YPX əməkdaşı mənə saxla əmri verib dönüb arxamda dayandı. Ölkədə xüsusi karantin rejimi olmağına baxmayaraq inspektor tamamilə maskasız və əlcəksiz mənə yaxınlaşaraq, lizinq maşın sürdüyümdən sənədlərimi yoxlamaq istədi. Mən isə inspektorun niyə maskasız və əlcəksiz olduğunu bildirdikdə açıq havada olar deyib, əlavə olaraq qoşa xətdən döndüyümü iddia etdi. Nəhayət sənədlərimi təqdim etdim. Daha sonra inspektor gedib YPX maşınında bir qədər əyləşib mənə iddia etdiyi cəriməni yazıb gətirib sənədlərimi qaytardı. Protokolu təqdim etmədi və şikayətçi olduğumu bilərək qərar yerini də özü qərarlaşdırdı. İnspektorun maskasız və əlcəksiz mənə yaxınlaşmağı idarə etdiyi 99 YP 258 YPX avtomobilinin ön kameralarında var. Əlavə olaraq bildirmək istəyirəm ki, həmin inspektor gün ərzində yalnız bu yol ilə hərəkət edir və saxladığı maşınlardan 20 AZN "qoşaxətt" pulu alır. Bir dəfə özüm 20 AZN verməklə, bir çox tanıdığım insanlar da eyni inspektor və eyni YPX maşınına bu hal ilə 20 AZN verib əsassız cərimələrdən xilas olublar".

R.Bayramov daha sonra qeyd edir:

"Sizdən (Nazir Vilayət Eyvazovdan - red.) xahiş edirəm ki, bu hal araşdırılsın və həmin YPX inspektoru qanuni cəzalandırılsın. Axırıncı hadisə ilə bağlı sübut üçün hadisə yerində foto çəkilişlər etmişəm və sizə göndərmişım. Müraciəti qəbul etdiyiniz üçün əvvəlcədən təşəkkür edirəm.

P.S. Adam YPX maşınında həmişə tək fırlanır ki, saxladığı sürücü gəlib əyləşsin YPX avtomobilinə və 20-liyin versin...". 

Azsiyasət.com

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR