Şəkidə biabırçılıq: Dilsiz-ağızsız heyvanları ölümə məhkum ediblər  - FOTOLAR

23 aprel, 2021 13:19

Son günlər Şəki şəhərinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzində atlara yem verilmədiyi, bu səbəblə onların nəslinin kəsilmə təhlükəsi ilə üz-üzə olduğu barədə fikirlər səsləndirilir. Sosial şəbəkələrdə yayılan görüntülər vəziyyətin kifayət qədər ciddi olduğunu göstərir. Şəki sakinlərinin bəziləri qurumun Mədəniyyət Nazirliyinin nəzdində olduğu halda, nazirlikdə kadr dəyişikliyi baş verdikdən sonra bu sahəyə vəsait ayrılmadığı üçün yem təchizatında problemin yaşandığını bildirir.

Lakin Mədəniyyət Nazirliyi mətbuata açıqlama verərək mərkəzin təsərrüfat hesablı olduğunu, bu səbəblə 2021-ci il büdcəsindən maliyyə vəsaitinin ayrılmasının nəzərdə tutulmadığını vurğulayıb. Məsələ ilə bağlı səsləndirilən iddialardan biri də odur ki, Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzinin rəhbərliyi atları ac saxlayaraq Mədəniyyət Nazirliyini onlara pul ayırmağa məcbur etmək istəyir. Yəni bir növ şantaj üsuluna əl atırlar.

Azsiyasət.com xəbər verir ki, mövzu barədə yenisabah.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bu kimi məsələlərin vaxtında nəzərə alınmalı olduğunu vurğulayıb:

“Atçılıq təsərrüfatını Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yaratmaq lazım idi, çünki orada mütəxəssislər var. Belə olsaydı, şübhə olacağı təqdirdə, mütəxəssislər gedib hadisə yerində vəziyyəti yoxlaya bilərdi. Heyvanlarla bağlı məsələ ilə yalnız KTN məşğul olmalıdır. Mədəniyyət Nazirliyinin nə o sahəni bilən mütəxəssisi, nə problemi həll edəcək imkanı var. Büdcəsi də hər halda məhduddur. Mədəniyyət Nazirliyi öz işi ilə məşğul olsun. Əgər nə vaxtsa hər hansısa bir tədbirlə bağlı atlara ehtiyac olarsa, onlar Kənd Təsərrüfatı Nazirliyindən sifariş edib bir müddətlik atları gətirdib istifadə edə bilərlər. Amma atların yemlənməsi, müalicəsi KTN-in səlahiyyətində olmalıdır. Onların gətirilməsinə külli miqdarda vəsait xərclənib. İndi də o atlar taleyin ümidinə buraxılıb. Belə qətiyyən olmaz”.

Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzinin nazirlikdən pul qoparmaq üçün atları yemsiz saxladığı ilə bağlı iddiaya gəldikdə isə ekspert qeyd edib ki, gərək, bu iddia əsaslandırılsın:

“Əsaslandırmaq üçün isə nazirliyin mütəxəssisləri olmalıdır, onlar ezamiyə edilməli və vəziyyəti yerində öyrənməlidirlər. Ölkədə elə bir vəziyyət yaranıb ki, heyvandarlıqda, heyvanların yemlə təminatında, o cümlədən müalicəsində ciddi problem var. Nə olsun ki o qurum təsərrüfat hesablıdır, oradakı real vəziyyət öyrənilməlidir. Məsələn, yağış yağmır, ot bitmir, onda deməli, təsərrüfat edən günahkardır? Xeyr. Onlara əvvəlcədən kömək etmək lazım idi ki, su çatışmazlığı ilə üzləşməsinlər. Yəni bu kimi hallar əvvəlcədən nəzərə alınmalıdır.

Biz gördük ki, Mədəniyyət Nazirliyində nazir vəzifədən uzaqlaşdırılanda sonra orada həbslər oldu. Bunlar rüşvətxorluqla məşğuldurlar. Əgər onlara atçılıq mərkəzindən deyilsəydi ki, “Biz sizə “otkat” verəcəyik, bizə maliyyə vəsaiti lazımdır”. Onlar böyük məmnuniyyətlə verəcəkdilər”.

Həmsöhbətimiz heç kimin atların taleyini düşünmədiyini, şəxsi maraqların üstün tutulduğunu diqqətə çatdırıb:

“Heç kimi o təsərrüfat da düşündürmür. Hamısı çalışır ki, özü üçün nəsə əldə etsin. “Pul qoparmaq üçün belə addım atırlar” iddiasını ortaya qoyanların özlərinə baxmaq lazımdır”.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR