ABŞ-ın ən məşhur şousunda Hüseynbala Mirələmovdan danışdılar - VİDEO
23 aprel, 2021 13:26

YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov haqda dünyanın ən məşhur şousunda bəhs edilib.
Azsiyasət.com xəbər verir ki, məlum video onu dünyada məşhur edib. Belə ki, Mirələmovun iştirakı ilə yayılan video ABŞ-ın ABC telekanalında nümayiş olunan ən məşhur tok-şou - "Cimmi Kimmellə birbaşa"da nümayiş olunub.
Verilişin aparıcısı Mirələmov haqda deyib:
"Bu adam Azərbaycanda məmurdur. Deyəsən Nyu-Yorka yeni qubernator tapmışıq".
Daha sonra isə verilişdə həmin video nümayiş etdirilib.
Həmin videonu təqdim edirik: