Məhərrəmovların "kitabı" niyə bağlandı? - SƏBƏBLƏR

24 aprel, 2021 11:25

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun oğlu Anar Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı müzakirələr səngimir. Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi olmuş Anar Məhərrəmovun atasının güdazına getdiyi iddiası var.

Abel Məhərrəmov oğlunun geri çağırılmasından sonra açıqlamasında onun işsiz qalmayacağına ümid etdiyini açıqlayıb. Lakin onun ümidlərinin doğrulmayacağı xəbəri də var. Qeyd olunur ki, Abel Məhərrəmovun 2 ilin ərzində 2 ciddi “çp”si onunla bağlı “yuxarılarda” çox ciddi inamsızlıq yaradıb. Onun adı rektor olduğu dövrdə daha çox İspaniyada səfir olan oğlu Anar Məhərrəmovun işləri ilə bağlı çəkilirdi. İspaniya sahilləri yaxınlığında qəzaya uğrayan Türkiyə gəmisində olan Azərbaycan vətəndaşı, 52 yaşlı Sadiq Tağıyevin ailəsi səfirin fəaliyyətsizliyindən, vətəndaşa laqeyd münasibətindən şikayət etmişdi. Bu haqda mətbuat yazandan sonra Abel Məhərrəmov Xarici İşlər Nazirliyinə gedib oğlu haqqında şikayətlərə görə narazılığını bildirmişdi. Hətta oğlundan şikayətçi olanların cəzalandırılmasını belə tələb etmişdi.

O günlərdə səfir Anar Məhərrəmovun İspaniyada şərab biznesiylə məşğul olması, hətta Madriddən Bakıya konkret restoranlara şərablar göndərilməsi barədə məlumatlar yayılmışdı. İspaniyadakı azərbaycanlıların Sadiq Tağıyevlə bağlı XİN-ə ünvanladıqları şikayət məktubunda da bu məsələyə toxunulmuşdu. Abel Məhərrəmov oğlunun fəaliyyətilə bağlı şikayətlərdən danışarkən şərab biznesi haqda bildirmişdi ki, İspaniyadan şərablar restoranlara deyil, konkret şəxslər üçün göndərilir və bundan hamının da xəbəri var.

İşdən çıxarılandan 1 həftə əvvəl, 2018-ci il noyabrın 3-də Abel Məhərrəmov biabırçı qalmaqalın mərkəzi fiquruna çevrildi. Belə ki, Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə səfərə çıxıb. “Airbus-319 A” təyyarəsi ilə uçmağa hazırlaşan təyyarə 2 saata qədər havaya qalxa bilməyib. Buna səbəb isə nümayəndə heyətinin tərkibində yer alan BDU-nun rektoru Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğluna məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib. Həmin yük onun səfir oğlunun şərab biznesinə aid çəlləklər olub.

Şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılır. Həmçinin o, səfər zamanı “Eurostar Madrid” otelinin restoranında millət vəkillərindən biri ilə yeyib-içdiyi vaxt dava salıb. Yalnız ispan polisi işə qarışdıqdan sonra dava-dalaş dayanıb.

Səfər iştirakçılarından birinin dediyinə görə, o gecənin səhəri tədbirin keçirildiyi salonda da utandırıcı anlar yaşanıb. Axşamkı kef məclisindən sonra özünə gələ bilməyən Abel Məhərrəmov olduqca yayğın olub, məntiqsiz və rabitəsiz sözlər səsləndirib. Orada olan yerli və xarici jurnalistlər, həmin gecə baş verənlərdən xəbərdar olan konfrans iştirakçıları öz aralarında pıçıldaşaraq, onun hələ də ayılmadığını deyiblər. Bu olaydan sonra Abel Məhərrəmov tutduğu vəzifədən azad olundu.

Onun adı növbəti dəfə xüsusi karantin dövründə toy məclisinə qatılması ilə gündəmə gəldi. 2020-ci ilin avqustunda Abel Məhərrəmov Ramiz Mehdiyevin qız nəvəsinin toy məclisinə qatıldı, sabiq aparat rəhbərinin şəninə siyasi tost səsləndirdi. Bu saymazyana davranışın onun və oğlunun karyerasında bir şəkildə özünü göstərəcəyinə şübhə yeri qoymurdu.

Bu ilin martında keçirilən YAP-ın qurultayında Abel Məhərrəmov İdarə Heyətindən kənar saxlanıldı, adı “vurulmuş”lar siyahısında ilk yerlərdə çəkilirdi. 1 ay çəkməmiş oğlunu da yola saldılar. Gedişat onu deməyə əsas verir ki, Məhərəmovların vəzifə pillələrinə qapıları qapanıb.

Musavat.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR