"Erməni soyqırımı"nın "xaç ataları" kimlər olub? - FAKTLAR

25 aprel, 2021 20:26

1915-ci ildə Türkiyədə yaşayan ermənilərin kütləvi surətdə qırılması iddiasının əsl müəllifləri ermənilər deyil. Birinci Dünya müharibəsi dövründə Osmanlı İmperiyasını parçalamaq istəyən xristian dövlətlərinin missionerləri ilk dəfə belə bir iddia ilə çıxış etmişdilər. Uydurma “erməni soyqırımı”nın “xaç ataları” yəhudi Henri Morqentau (1913-1916-cı illərdə ABŞ-ın Türkiyədəki səfiri olmuşdur), alman İohann Lepsius (Alman-Erməni Cəmiyyətinin sədri), ingilis Ceyms Brays (İngilis-Erməni Cəmiyyətinin sədri), fransız tarixçisi və arxeoloqu Jak de Morqan, rus yazıçısı Valeri Bryusov, avstriyalı yazıçı Frans Verfel və başqaları olmuşlar.

Azsiyasət.com xəbər verir ki, bu barədə təfərrüat Nazim Mustafa, Araz Qurbanov və Elşad Əlilinin müəllifliyi ilə 2018-ci ildə çap olunan “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabında öz əksini tapıb.

“Birinci Dünya müharibəsi zamanı ermənilərin türk ordusuna arxadan zərbə vurmasının, terror və təxribatlar törətməsinin qarşısını almaq məqsədilə mayın 27-də Osmanlı hökuməti məcburiyyət qarşısında qalıb, erməniləri müharibə rayonundan ölkənin içərilərinə köçürmək haqqında “Təhcir qanunu” qəbul etmişdi. Həmin qanun 1 iyun 1915-ci ildə rəsmi olaraq qüvvəyə minmişdi. Hər cür hazırlıqdan sonra, mühafizə dəstələrinin müşayiəti ilə köçürmə işlərinə başlanılmışdı. Mövcud olan imkanlar nəzərə alınmaqla və ədalətlə müəyyən edilən köçürmə şərtləri hərb bölgəsindən kənarda yaşayan ermənilərə şamil edilməmişdi.

Ermənilər hər il aprelin 24-nü “genosid günü” kimi qeyd edərək iddia edirlər ki, guya həmin dövrdə türklər 1,5 milyon erməni qırmışlar. Əslində isə həmin gün sadəcə olaraq İstanbulda və digər şəhərlərdə türklərə qarşı xəyanət edən erməni təşkilatlarının təcili şəkildə bağlanması, onların rəhbərlərinin isə həbs edilməsi və sənədlərin ələ keçirilməsi haqqında daxili işlər naziri əmr vermişdi. Bundan sonra 2345 erməni xəyanətə görə həbs edilmişdi. Maraqlı orasıdır ki, belə bir əmrin veriləcəyindən əvvəlcədən xəbər tutan Eçmiədzin katolikosu aprelin 22-də ABŞ prezidentinə teleqram vurmuşdu ki, erməniləri “türk fanatizminin özbaşınalığından xilas etsin”. Həmin teleqram aprelin 24-də, yəni əmr verilən gün artıq ABŞ prezidentinə çatdırılmışdı.

Ümumiyyətlə, müharibə zamanı Rusiya 12 milyon, Fransa 1 milyon, Böyük Britaniya 0,6 milyon, Almaniya 1,473 milyon əsgər itirmişdi. Təbii ki, ermənilərin yığcam yaşadıqları ərazilərdə gedən döyüşlər zamanı ermənilər də tələf olmuşdular. Qərb mütəxəssislərinin qənaətlərinə görə, üst-üstə Birinci Dünya müharibəsi ərzində və milli mücadilə illərində Türkiyə ərazisində 2,5 milyon müsəlman və 600 min erməni həlak olmuşdu”, - kitabda bildirilib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR