Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirildi - İcra başçısı saxlanıldı
26 aprel, 2021 12:40

Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.
Azsiyasət.com unikal.org-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.
Bundan başqa, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir.
Əlavə məlumat veriləcək.