"Qarabağ klanı Azərbaycan xalqına qarşı çox aqressivdir, bunun müsəlman-xristian yöntəmli səbəbi vardır"

27 aprel, 2021 11:14

“Türkmənçay müqaviləsindən sonra Azərbaycana gətirilən xristian haylar buradakı xristian ermənilərə qoşuldu və aparılan syasət sonucunda onlar da haylaşdı...”

“Qarabağın gerçək tarixi  yenidən yazılmalıdır...”

Professor Firudin Cəlilov moderator.az əməkdaşıyla qısa söhbətində  yaxın gələcəkdə dinc, yanaşı yaşamağı planlaşdırdığımız “erməni” kimi tanıdığımız qövmün etnogenezi, etnopsixoloji xarakteri, onların əsil adının “hay” olmasından, Qərbi Azərbaycandakı ermənilərlə Qarabağ ermənilərinin mənşəyi və etnopsixologiyasındakı əsas fərqlərdən, onların öz aralarındakı ziddiyyətlərdən Qarabağdakı son zəfərimizdən sonra alimlərimiz qarşısında duran vəzifələrdən və s. bəhs edib.

- Firudin müəllim, siz uzun illər türk xalqlarının tarixini, etnogenezini araşdırmısız, bu mövzuda cild-cild kitablar yazmısız. Və özünüz də Qərbi Azərbaycanda doğulmuş, uşaqlığı orada keçmiş bir ziyalı kimi, yəqin ki, hələ min illər öncədən başımıza problemlər açan erməni qövmünün də etnogenezi, etnopsixoloji xarakteri ilə maraqlanmısınız. Sizcə, ermənilərlə yaxın gələcəkdə nəzərdə tutulan qonşuluqda və işğaldan yeni azad olunmuş ərazilərimizdə - Yuxarı Qarabağda “dinc yanaşı yaşama” problemini həll edə biləcəyikmi? 

- Ermənilərin, daha doğrusu, hayların dilini və tarixini Universitetdə oxuyanda öyrənmişəm. Sonrakı illərdə apardığım araşdırmalarda mənə aydın oldu ki, «Erməni tarixi» adı ilə yayılan kitabların ilkin variantlarında «erməni» sözü yoxdur, V əsrdə M.Xorenatsinin yazdığı tarix kitabından üzübəri, XVIII-XIX əsrlərə qədər yazılan kitablarda erməni yerinə hay adı keçir. Beləliklə, bəlli oldu ki, orijinalda «Hay tarixi», «Hay xalqının tarixi» kimi yazılan adlar o kitabların başqa dillərə tərcüməsində «Erməni tarixi», «Erməni xalqının tarixi» adı ilə verilir. Halbuki, qədim subar boylarının bir qolu olan ermən adlı türk boyunun Van gölü civarında yaşadığı kiçik Ermən bölgəsində haylar yox idi. Vaxtilə Balkanlardan Anadoluya gələn haylar çox sonralar Ermən bölgəsinə sızmışdı. Buraya müxtəlif çağlarda Hindistandan gələn qaraçılarla və İrandan gələn farslarla qaynayıb-qarışan hayların sayı çoxalmışdı. Bu gün də özlərinə “hay” deyən bu xalq tarix boyu “ermən” adını daşımamışdır...

Bu ad dəyişmə olayının gerçək səbəbi isə imperialist Pusiya və Avropa dövlətlərinin Türkiyə ilə Azərbaycan arasında xristian bir dövlətin yaradılması planı idi və bunu 1918-1920-ci illərdə gerçəkləşdirə bildilər. Qarabağ problemi də həmin siyasətin sonucu kimi gündəmə gəlmişdir. Yəni, bundan sonra da ermənilərlə “dinc yanaşı yaşama” probleminə məhz bu kontekstdə yanaşmaq gərəkdir...

- Qərbi Azərbaycandakı ermənilərlə Qarabağ ermənilərinin mənşəyi və etnopsixologiyasındakı əsas fərqlər nədən ibarətdir?

- Öncə İrəvan hayları ilə Qarabağ ermənilərinin fərqli soykökü olmasını bilməmiz lazımdır. "Erməni" adlanan yerli  boyların çoxu vaxtilə xristianlığı qəbul etmiş xristian alban, qıpçaq, qarqar və sair türklər idi və o dönəmlərdə «erməni» sözü artıq xristianlığın bir məzhəbi adına çevrilmişdi. Artıq erməni adı altında türk, tat, kürd boyları vardı. Vaxtilə buraları fəth edən ərəblər kimi, ruslar da Alban kilsələrini hayların himayəsinə vermişdı. Türkmənçay müqaviləsindən sonra Azərbaycana gətirilən xristian haylar buradakı xristian ermənilərə qoşuldu və aparılan siyasət sonucunda onlar da haylaşdı...

- Qarabağ klanı ilə Ermənistan klanı arasındakı ziddiyyətlər əsas nələrdən qaynaqlanır? 

- İrəvan hayları Qarabağ ermənilərinin «dönmə hay» olduğunu bilir və bunu gizlətmirlər və onlara «şurdvats hay» (dönmə hay) deyirlər. Hələ də türk soyadı daşıyan qarabağlı ermənilər öz aqressivliyi ilə fərqlənir. Köçəryandan Paşinyan dönəminə qədər hakimiyyətdə olan Qarabağ klanı dönəmində traybalizm və korrupsiya Ermənistanı çökdürmüşdür... 

- Onların bizə - Azərbaycan türklərinə münasibətlərində də fərqlər var, eləmi? 

- Qarabağ klanı Azərbaycan xalqına qarşı da çox aqressivdir və bunun müsəlman-xristian yöntəmli səbəbi vardır. Ümumiyyətlə, dönmə xalqlar daha aqressiv olur...

- Azərbaycan Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasındakı ziddiyyətlərdən və bizə münasibətdəki fərqlərdən necə yararlana bilər? 

- Bunun üçün hakimiyətdə olanlar ən azı bölgənin 2500 illik tarixini, özəlliklə, son 1500 illik xristian və İslam tarixini öyrənməlidir. Azərbaycan Prezidentinin müsahibələrində səsləndirdiyi İrəvan xanlığının və Zəngəzur mahalının tarixi məsələləri çox önəmlidir. Təəsüf ki, diplomatlarımızın çoxu bu mövzulardan xəbərsizdir. Bir örnək verim: Hay tarixində ilk hay hökmdarı sayılan Artaşesin (Ərtaşın) 2200 il öncə sınır daşı üzərində türk dilindəki yazısını ilk dəfə otuz il öncə oxudum və bunu tanınmış türkoloqlar qəbul etdi, ancaq Azərbaycanda bunu görməzdən gəldilər, görünür, 5-ci kalon hələ də öz işini görür...

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR