"Rəis 7 min manatımı alıb, geri qaytarmır..." - Ucar sakininin şikayəti

29 aprel, 2021 09:27

Ucar şəhəri Şıxəli Qurbanov küçəsi ev 6 ünvanında qeydiyyatda olan İslamov Cavid Şərafəddin oğlu İdxal Neft və Qaz Boru Kəmərlərinin Mühafizəsi İdarəsinin Ucar Regional Şöbəsinin rəisi İlqar Xıdırovdan şikayətçidir.

Ölkə başçısına ünvanladığı şikayət məktubunun bir nüsxəsini də Azpolitika.info-ya göndərən C.İslamov iddia edir ki, 6 il işlədiyi idarənin rəisi onun 7000 manat pulunu mənimsəyib: “İlqar Xıdırov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, mənim 7000 manat pulumu ələ keçirib və geri qaytarmaq istəmir.

Mən 23 mart 2015-ci il tarixdən 20.02.2021-ci il tarixə kimi 6 il İdxal Neft və Qaz Boru Kəmərlərinin Mühafizəsi İdarəsinin Ucar Regional Şöbəsində baş çavuş vəzifəsində işləmişəm. Şöbənin rəisi İlqar Xıdırov məni mühafizə zabiti işinə keçirmək üçün 2020-ci ilin oktyabr ayında məndən 7000 manat pul aldı. O, hər dəfə “tez bir zamanda işin düzələcək” deyə-deyə məni aldatdı, nə vəzifəyə təyin etmədi nə də ki, pulumu geri qaytarmadı. Sonda da məni hədələyib dedi ki, mən idarənin rəisiyəm sənə yox, mənə inanacaqlar, hara istəyirsən şikayət et.”

Şikayətçi bu ilin fevralında öz ərizəsilə işdən çıxdığını yazır və bildirir ki, sözügedən şöbənin rəisi müxtəlif korrupsiya əməllərinə yol verir: 

“İlqar Xıdırov öz vəzifə mövqeyindən sui-istifadə edərək, korrupsiya əməlləri ilə məşğul olur. İdarənin avtomobillərinə ayrılan dizel yanacağını satdırır. İdarəyə məxsus 15 ədəd xidməti “pikap”ın sənəddə hər birinin guya 100 km məsafəyə 13 litr dizel sərf etdiyi qeyd olunsa da, əslində həmin maşınlar 100 km-ə 5 litr yanacaq sərf edir. Bu minvalla hər gün dizel yanacağı "Azpetrol" YDM-dən avtomobillərə doldurulur və sonradan idarənin həyətində kənd təsərrüfatı texnikalarına litri 60 qəpiyə satılır. Bu yolla İlqar Xıdırov bir ay ərzində yüzlərlə ton yanacaq sataraq, dövlətin külli miqdarda vəsaitini talan edir. Həmçinin, idarənin təmiri üçün ayrılan pulu mənimsəyərək, təmiri işçilərin vəsaiti hesabına etdirir.”

Sonda şikayətçi şöbə rəisinin əməllərinin araşdırılmasını və ondan aldığı pulun geri qaytarılmasının təmin edilməsini xahiş edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR