Təhsil Nazirliyindən əcaib qərar: 53 bal yığan müəllimə işsiz qaldı, 50 bal yığan işə götürüldü - FOTOLAR

29 aprel, 2021 12:51

Zaqatala rayonu Maqov kənd sakini Qleqeova Aynur Abdurrauf qızı Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı verdiyi qərardan şikayətçidir. 

Azsiyasət.com-a daxil olan şikayət məktubunda A.Qleqova bildirir ki, 2020-ci ildə Müəllimlərin İşə Qəbul imtahanında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə 53 bal toplayıb. Ancaq Təhsil Nazirliyi onu deyil, 50 bal toplamış şəxsi işə qəbul edib: 

"Bu il Zaqataladan heç bir vakansiya verilmədi. Körpə uşaqlarımız olduğuna görə, başqa rayonlardan vakansiya seçmədik. İndi öyrənirik ki, Zaqatala rayon Çökək kənd məktəbinə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə 50 bal toplamış müəllimə gəlib. Biz bu barədə Təhsil Nazirliyinin [email protected] e-mail ünvanına da yazdıq. Bizə "Hazırda müsabiqənin mərhələləri başa çatdığına görə, yeni yaranan vakant yerlərə ixtisaslı müəllim kadrlarının yerləşdirilməsi Təhsil İnstitutunun Təhsil İşçilərinin Sertifikatlaşdırma Mərkəzi tərəfindən bal ardıcıllığı gözlənilməklə aparılır" deyə, cavab yazdılar. Bal ardıcıllığı olaraq bizə zəng etməklə, yaxud da qeyd etdiyimiz [email protected] e-mail ünvanına rəsmi şəkildə məlumat verilməli idi, amma verilməyib".

Qısa araşdırmamız nəticəsində aydın oldu ki, A.Qleqovanın müraciətlərinə baxmayaraq, ondan daha az bal yığan müəllimənin işə qəbulu şəxsi münasibətlər, tanışlıq prinsipi əsasında baş tutub. Belə ki, son vaxtlar Təhsil Nazirliyi ilə bağlı vətəndaş şikayətlərində də məhz bu amil önə çəkilir.  

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənmək üçün qurumun mətbuat katibi Cəsarət Valehovla əlaqə saxlamağa çalışdıq. Çox təəssüf ki, C.Valehov bu dəfə də öz ənənəsinə sadiq qalaraq, telefon zənglərimizə cavab vermədi.

Mövzunu diqqətdə saxlayacağıq və A.Qleqovaya qarşı olunan ədalətsizliyin aradan götürməsi üçün şəxsən Təhsil naziri Emin Əmrullayev bu məsələyə müdaxilə etməsinə çalışacağıq. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR