İcra başçısının 1,3 milyona parkı satdığı iş adamı kimdir? Çovdarovu doğmaca dayısı kimi təqdim edirmiş

29 aprel, 2021 13:48

Şəmkirin həbs edilən İH başçısının cinayət əməlləri ilə bağlı bəzi yeni təfərrüatlar üzə çıxıb.Cinayət Məcəlləsinin mənimsəmə və rüşvət alma maddələri ilə ittiham olunan Alimpaşa Məmmədovun kimdən və hansı məqsədlə rüşvət alması, kimlərlə əlbir olması məlum olub.

Alimpaşa Məmmədovun həbsinə səbəb rayondakı korrupsiya halları, aparılan qanunsuz tikililər, habelə şəhərin baş planına uyğun gəlməyən, tikinti normativlərini ciddi şəkildə pozan çoxmərtəbəli binalara verilən qanunsuz icazələrdir.

Məlumata görə, qanunsuz tikililər isə “Park Kolizey” MTK adlı tikinti şirkəti tərəfindən aparılıb.

Məlumata görə, Alimpaşa Məmmədov rayonda tikinti monopoliyası yaradıb və qeyri-qanuni olaraq digər tikinti şirkətlərini rayona buraxmayıb.

Ancaq xüsusi imtiyaza malik olan “Park Kolizey” MTK şəhərin ən görkəmli yerlərində çoxmərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmayan ərazilərdə də tikintilər aparıb.

Belə ki, “20 Yanvar” abidəsinin ətrafında salınmış park sonradan hansısa yollarla çoxmərtəbəli yaşayış binasi üçün ayrılıb və artıq burada binanın tikintisi yekunlaşmaq üzrədir. Bildirildiyinə görə binanın tikintisinə icazə almaq üçün MTK rəhbəri Famil (Veyis) Xəlilov nə az nə çox bir neçə çoxotaqlı mənzildən keçməli olub. Binanın bir mərtəbəsinin mənzillərini birləşdirərək Alimpaşa Məmmədova, 4 otaqlı bir mənzili rayonun baş memarı İlqar Quliyevə və hal-hazırda həbs olunan digər aidiyyatı şəxslərə rüşvət olaraq verib.

Bundan əlavə, Famil Xəlilov həmin parkın ərazisini almaq üçün Alimpaşa Məmmədova 1 milyon 300 min manat da pul veribmiş. Xəlilov bunu etiraf edib.

Alimpaşa Məmmədov şirkət rəhbəri F.Xəlilova rayonun İsrafil Məmmədov və ya 4-cü küçə adlandırılan ərazisində tikinti aparmağa da şərait yaradıb.

Belə ki, tikintisinə yalnız 6 mərtəbə olmaqla icazə verilən bina 9 mərtəbə olaraq tikilib. Maraqlıdır ki, binanın məhz 6 mərtəbəyə qədər icazə verilməsi həmin ərazidə hərbi hissənin yerləşməsi ilə bağlı olub.

Binanın tikintisi hərbi obyektlərlə bağlı normativi pozduğundan yolverilməz olsa da hansısa yollarla 9 mərtəbəli bina tikilib.

İşin maraqlı tərəfi budur ki, tikiniti üçün razılıq Şəmkir korpusundan da alınıb. Bu icazəni kimin verdiyi də araşdırılır.

Bu işdə adı keçən Famil Xəlilov kimdir və Alimpaşa Məmmədovla əlaqələri nə zaman yaranıb?

Xəlilov qardaşları zamanında Sankt-Peterburq şəhərində ticarətlə məşğul olublar. Onların MTN-nin həbs olunan vəzifəli şəxsləri ilə əməkdaşlıqları barədə də məlumatlar var. Hətta Famil Xəlilovun Akif Çovdarovu ətrafına doğmaca dayısı kimi təqdim edirmiş.

MTN-nin qanunsuz əməlləri, iş adamlarına təzyiqləri davam edən ərəfədə Famil Xəlilov bu münasibətlərdən yaxşı istifadə edə bilib və fəaliyyətini genişləndirib. Onun Alimpaşa Məmmədovla yaxın münasibətləri də həmin ərəfəyə təsadüf edir.

Xatırladaq ki, Famil Xəlilovun adı müğənni Şəbnəm Tovuzlunun MTN-ə aparılması qalmaqalında da hallanırdı. Məlum olmuşdu ki, iş adamı ilə Şəbnəm Tovuzlu arasında münasibət olub və sonra Famil Xəlilov qisas almaq üçün MTN-dəki əlaqələrindən istifadə edərək ona təzyiq göstərirmiş.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR