Yeni nazir müavinləri kimdir?

30 aprel, 2021 12:18

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev xarici işlər və təhsil nazirinə yeni müavinlər təyin olunması haqqında sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Təhsil Nazirliyində Aparat rəhbəri vəzifəsini icra edən Muxtar Məmmədov təhsil nazirinin müavini, Xarici İşlər Nazirliyində Ümumi katibliyin rəisi vəzifəsində çalışan Elnur Məmmədov isə xarici işlər nazirinin müavini təyin edilib.

Azsiyasət.com xəbər verir ki, Muxtar Məmmədov 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb və ikinci katib vəzifəsinədək yüksəlib. 

2013-cü ildən isə Təhsil Nazirliyində çalışır. Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsində sektor müdiri, müdir müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2018-ci ilin yanvar ayından isə Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edirdi.

Xatırladaq ki, Muxtar Məmmədov ötən il iyunun 23-də Prezident İlham Əliyevin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunub. 

Digər yeni təyin olunan nazir müavini Elnur Məmmədov isə 2004-cü ildə ABŞ Departamentinin Edmund Muskie tələbə təqaüd proqramının qalibi olaraq Vaşinqton Universitetinin hüquq fakültəsinin magistr səviyyəsini (2005) fərqlənmə diplomu ilə bitirib. 2007-2010-cu illərdə BDU-nun hüquq fakültəsinin mülki hüquq kafedrasında beynəlxalq kommersiya əqdləri fənnini ingilis dilində tədris edib. 2018-ci ildə Fransada yerləşən nüfuzlu INSEAD biznes məktəbinin idarəçilik ixtisası üzrə məzunu olub.

Müxtəlif illərdə Vergilər Nazirliyinin aparatında (şöbə rəisi), özəl hüquq şirkətində, ölkə iqtisadiyyatının real sektorunda fəaliyyət göstərən iri investisiyalı müəssisələrdə baş direktorun müavini, direktorlar şurasının üzvü və sədri vəzifələrində çalışıb. O, 2018-ci ildə təhsil nazirinə müşavir təyin olunub. 

2020-ci ilin iyun ayında isə E. Məmmədov xarici işlər naziri Ceyhun Bayramovun əmri ilə XİN-nin Ümumi Katibliyinin rəisi vəzifəsinə təyinat alıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR