"Polis bölməsində oğluma işgəncə verib, sonra da şərləyiblər": Pirallahıda baş verən intiharın əsl səbəbi - FOTOLAR

01 may, 2021 14:11

Azsiyasət.com Azadlıq.info-ya istinadla Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 24, mənzil 6 ünvanında yaşayan Fedçenko Elenin şikayət məktubunu təqdim edir.

O, aylardır oğlunun ölümü ilə bağlı mübarizə aparır. Ana hadisənin detallalını və sonra baş verənləri belə təsvir edir:

“Biz anam Yuzko Ravza və oğlum Qocayev Renatla birgə yaşayırıq. 2020-ci ilin dekabr ayının 12-də Renatın nənəsi ilə mübahisəsi düşüb. Anam polisə şikayət edib. Polis gəlib hər ikisini Pirallahı Polis Şöbəsinə aparıb. Bir saatdan sonra anam Yuzko Ravza sərbəst buraxılıb. Mən evə gələndə anam mənə oğlum Renatın Polis Şöbəsində döyüldüyünü bildirdi, şikayət etdiyi üçün peşman olduğunu dedi. Mən dərhal DİN-in 102 qaynar xəttinə zəng vurub, oğlumun Polis Şöbəsində işgəncəyə məruz qalması, anamın şikayətçi olmaması barədə xəbər verdim. Bir ana kimi narahat olduğumdan 102-yə daha bir neçə dəfə zəng etdim. Nahayət, axşam saatlarında Renat evə gəldi, onun bədənində salamat yer yox idi. İşgəncə izlərini öz telefonuma qeyd etdim. Səhərisi, dekabrın 13-də ağrıları şiddətləndiyi üçün təcili tibbi yardım da çağırdım. Ombudsaman Aparatına zəng edərək oğlumun Polis Şöbəsində döyülməsi barədə onları da məlumatlandırdım”.

Fedçenko Elen bildirir ki, 24.12.2020-ci il tarixdə Pirallahı Rayon Polis Şöbəsinin təhqiqatçısı Rəhimov Namiq evə zəng etdi. Bildirdi ki, anam Yuzko Razva şikayətçi deyil ərizəsini geri götürür. Bizi həmin gün saat 15 üçün Polis Şöbəsinə çağırdı. Biz üçümüz birlikdə Polis Şöbəsində olduq, əvvəlcə anam, sonra Renat təhqiqatçının otağında oldu. Hər ikisi sənədlərə qol şəkib çıxdı. Renat evə gələn kimi internetə baxdı və halı tamam korlandı, mənə dedi ki, ana mənə imza etdirdikləri çox ağır maddələr imiş, mən orada 120 və 234- cü maddələri gördüm, baxıram ki, bu adam öldürmə və narkotiklə bağlıdır, məni şərləyirlər. Mən buna dözə bilmərəm. Halı çox pis idi, təcili tibbi yardım çağırdıq, yardım edib getdilər. Bütün gecəni tez-tez yoxlayırdım. Səhər tezdən duranda tualetdə Renatı asılı vəziyyətdə gördük. Artıq oğlum həyata vida etmişdi. 

Pirallahı Rayon Prokurorluğunda fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başladılır. İş müstəntiq Elçin Əliyevə tapşırılır. Fedçenko Elen bildirir ki, ilk gündən müstəntiqin hərəkətlərindən narazı olub.

“Heç bir kamera görüntüləri işə əlavə olunmayıb. Yalnız təhqiqatçının özünün telefonla Renatın qolları bağlı vəziyyətdə başını stola vurduğu 3 dəqiqəlik kadr var. Bunu da ona görə ediblər ki, guya Renat ruhi xəstədir, özü özünə xəsarət yetirib. Halbuki, onun heç bir ruhi xəstəliyi olmayıb, hərbi xidmət də keçib. Məgər ruhi xəstəni hərbi xidmətə aparırlar?”,- deyə Fedçonko bildirib.

31.03.2021-ci il tarixdə Pirallahı Rayon Prokurorluğunun müstəntiqi Elçin Əliyev cinayət işinin başlanılmasınnın rədd edilməsi, işə xitam verilməsi barədə qərar verir. Narazı qalan ana məhkəməyə müraciət edir. Nahayət, 30.04.2021-ci il tarixdə məhkəmə Fedçenko Eleni nisbətən qane edəcək qətnamə çıxarır. Hakim Əkrəm Qəhrəmanov qərarı ləğv edib, işi ibtidai istintaqa qaytarıb.

Fedçenko Elen oğlunun ölümünün əsl səbəbinin araşdırılmasını tələb edir, o, işə Prallahı Rayon Prokurorluğunda baxılmasına da etiraz edir. Baş Prokuror Kamran Əliyevə, Prezident İlham Əliyevə müraciət edərək işin hərtərəfli araşdırılıb, günahkar vəzifəli şəxslərin cəzalandırılmasını xahiş edib.

Məsələni diqqətdə saxlayacağıq.

Azadlıq.info

P.S. Azsiyasət.com xatırladır ki, məsələ ilə bağlı DİN-in mövqeyini dərc etməyə hazırıq. 

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"