Həbsdə olan icra başçısı ilə köməkçisinin super şəraiti: Divan, kreslo, pleysteyşn, qulluqçu...

04 may, 2021 01:02

Yenicə həbsdən azad olunan jurnalist Zaur Qənbərov Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarovun həbs həyatı ilə bağlı maraqlı iddialar səsləndirib.

Azsiyasət.com xəbər verir ki, jurnalist Ağstafanın həbs olunan icra başçısı Nizaməddin Quliyev və onu müavini Ramiz Tatarov ilə birlikdə Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında (Gəncə türməsində) həbsdə olduğunu qeyd edib.

"61 nömrəli otaqda idim. Qapıdan bir nəfər girdi. Həmin adam Gəncənin keçmiş icra baçısı Eyvaz Babayevin bacısı oğlu idi. Bildirdi ki, 24 nömrəli otağı dağıtdılar ki, bəs telefon işlədirsiniz. Amma telefon yox imiş. Həmin 24 nömrəli otaq supertəmirli otaqdır. 4 çarpayı var. Hər çarpayının qiyməti 500 manatdır. Məsələ başqa imiş. N. Quliyevi və R. Tatarovu Bakıdan Gəncə Ağır Cinayətlər Məhkəməsinə hökm oxunmaq üçün etap gətiriblərmiş, otaq da onlara hazırlanırmış. Elə də oldu. Həmin şəxslər 24 nömrəli otağa yerləşdirildi. Təbii ki, pulsuz yox. Hər ay sözügedən məbləği ödəmək şərtilə.

N.Quliyev və R.Tatarov otaqdakı supertəmiri belə bəyənməyərək öz hesablarına otağı yenidən təmir etdirdilər. İkimərtəbəli çarpayıları çıxartdıraraq əvəzində divan, kreslo, yataq dəsti, böyük diaqonallı televizor, pleysteyşn, döşəməyə xalça və s. təşkil etdirdilər. Hətta kasıb məhbuslardan birini də (məhbusun öz istəyilə) özlərinə qulluqçu götürdülər.

Yəni həbs etsələr də adamlar keflərindən qalmırlar. Bunlar üçün başqa cəza növü düşünülməlidir. Yaxud digər məhbuslar kimi cəza çəkməyə məcbur edilməldirlər", - deyə jurnalist bildirib.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR