"SpaceTV"-in yeni rəhbəri bu xanım oldu - FOTO
05 may, 2021 12:10

“Space TV”də yeni təyinat olub.
Azsiyasət.com xəbər verir ki, Ülviyyə Mikayılova adlı xanım kanalın rəhbəri təyin olunub. Bundan əvvəl kanalın rəhbəri tanınmış kinorejissor Vahid Mustafayev idi. O, vəzifəsindən kənarlaşdıqdan sonra Kamil Şahverdiyev müvəqqəti olaraq kanalın rəhbəri vəzifəsini icra edib.
Qeyd edək ki, Ü.Mikayılova 1959-cu ildə anadan olub. O, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.