Xalidə Bayramova işdən çıxarıldı
06 may, 2021 18:07

Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova işdən çıxarılıb.
Azsiyasət.com bu barədə İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.
O bildirib ki, X.Bayramova icra başçısı Vüqar Zeynalovun əmri ilə vəzifəsindən azad edilib.
Qeyd edək ki, Xalidə Bayramova 2007-ci ildən etibarən Səbail Rayon İcra Hakimiyyətində birinci müavin vəzifəsini icra edirdi.